Icma.az
close
up
RU
Azərbaycan yeni iqlim maliyyəsi institutunu formalaşdırıb

Azərbaycan yeni iqlim maliyyəsi institutunu formalaşdırıb

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində 500 milyard dollarlıq yeni maliyyə hədəfinə nail olunması nəzərdə tutulur

COP29 çərçivəsində iştirarçı ölkələrin müzakirə etdiyi əsas mövzulardan biri iqlim maliyyələşdirilməsi ilə bağlı yeni həll yollarını tapmaq, dayanıqlı və işlək maliyyə arxitekturasını formalaşdırmaqdır. Hazırda iqlim koalisiyasının üzvləri yeni maliyyə hədəfinin müəyyən olunması üçün 300-500 milyard dollar arasında yeni maliyyə portfelinin yaradılması ətrafında fəal danışıqlar aparmaqdadır.

Məsələ ondadır ki, beynəlxalq ictimaiyyətin və COP ailəsinin nəzərləri iqlim maliyyəsində Avropa İttifaqı (Aİ) və ABŞ-ın üzərinə yönəlsə də, Qərb blokundan təminatlı mövqe sərgilnməməkdədir. Amerika və Avropa qlobal iqlim hədəflərinə çatmaqda öz regionlarındakı iri investorları, maliyyə-bank strukturlarını bu səmtə yönətmək məsələsində həssaslıq nümayiş etdirmir və böyük maliyyə yükünün altına girmək istəmir. Hətta ABŞ-ın yeni rəhbərliyinin iqlim məsələlərində o qədər də iradəli və effektli tədbirlərə meyilli olmadığına dair fikirlər dolaşır ki, bu da ümidsizliyə yol açır. Kollektiv Qərb hər bir vəchlə yüksək inkişaf səviyyəsi və maliyyə imkanları olan inkişaf etməkdə olan ölkələri prosesə daxil etmək istəyir. Qərb xüsusilə bu prosesə Çin, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və bu qəbildən olan ölkələri cəlb etmək istəyir.Cənubi Koreya və Sinqapur və müəyyən mənada Ərəb Əmirlikləri bu sıraya qoşulsalar da, Çin və Səudiyyə Ərəbistanı etiraz edərək Qərb koalisiyasının da məsuliyyətini anlamağa çağırır.

ABŞ və Avropa İttifaqı ikili standarta yol verir

Bu gün dünyada ətrafa mühitə zərər verən, daha doğrusu, karbon-dioksidi yayan əsas ölkələrin də əksəriyyəti məhz Qərb regionu ölkələridir. Məsələn, enerji və sənaye sektorlarında istixana effekti yaradan bu qazların 50 faizi ABŞ və Avropa ölkələrinin payına düşür. ABŞ təkcə il ərzində 5 milyard tondan çox karbon emissiya edir. Yaxud Böyük İyirmilik (G20) ölkələrinin dünya üzrə karbon emissiyası 85 faiz təşkil edir.

Sual oluna bilər ki, niyə ABŞ başda olmaqla, bəzi Qərb ölkələri karbon emissiyasının azaldılması prosesində kağız üzərində “təşəbbüs?arlıq” göstərsə də, real nəticəyə gəldikdə, məsuliyyətndən yayınmağa çalışır. Bunun səbəbi ABŞ və Avropadkı iri sənaye holdinqlərinin, enerji korporosiyalarının maraqları ilə bağlıdır. Çünki “yaşıl enerji”yə keçid sənaye və mədənçıxarma fəaliyyətlərini məhdudlaşdırmağı, nüvə-enerji stansiyalarını dayandırmağa və alternativ sənaye sektoru qurmağı tələb edir. Ancaq buna baxmayaraq, dünyada qalıq yanacaqların qeyri-davamlı istifadəsinin həlli ilə bağlı fikir ayrılıqları və ənənəvi yanacaq istehlakları dövriyyələri davam etdirilir. Aİ kömür, neft və qazın azaldılmasını və qlobal istifadəsini mərhələli şəkildə dayandırmaq üçün sövdələşmələr təklif etsə də, özü nüvə sənayesində, digər karbon emissiyalarını artıran sənaye konqlomeratlar şəbəkələrində fəallığını davam etdirir.Təkcə Fransa atom stansiyaları ilə ən ağır nüvə sənayesi texnologiyalarından yararlanır. Eləcə də, Norveç və digər ölkələrin ətraf mühitlə bağlı öhdəlikləri qapı arxasında qalıb, istixana qazı emissiyalarını azaltmaqdan imtina edən bəzi Amerika ölkələri, xüsusilə də Argentina ümumiyyətlə COP prinsiplərinə zidd addımlar atmaqdadır. Hazırda dünyada neft istehsalına görə, liderə çevrilən və gündəlik karbohidrogen istehsalını və emalını 35 milyon barelə çatdıran ABŞ üçün də sıçrayışlı neft-qaz sənayesini qısaltmaq sərfəli deyil. Həmçinin, başqa iri enerji istehsalçılarının da “fossil fuel transition” (“qalıq yanacaq keçidi”) prinsiplərindən tam uzaqlaşması inandırıcı təsir bağışlamır. Ona görə də, ənənəvi yanacaq sənayesinin qorunmasına yönəlik bu baxışlar, qlobal iqlim maliyyəsi institununun formalaşması üçün bir sıra maneələr yaradır.

Karbon emissiyasında ən az paya malik olan və ən böyük təşəbbüskar...

Digər məsələ ondadır ki “yaşıl sənaye” quruculuğu isə hədsiz dərəcədə böyük maliyyə tələb edir, buna trilyon dollarla vəsait lazımdır. Bu baxımdan, son illərdə sənaye sektorları zəifləyən, iqtisadi artım templəri aşağı düşən Avropa Birliyi ölkələri bu sahəyə böyükhəcmli investisiyaları yönəltmək üçün ehtiyat maliyyə resurslarını xərcləməyə xəsislik edir.

Yeri gəlmişkən, qlobal miqyasda karbon emissiya edən ölkələrlə müqayisədə Azərbaycanın payı hədsiz dərəcədə çox azdır. Ölkəmizin dünya üzrə karbon-dioksid emissiyasında payı cəmi 0,13 faizdir. Dünyada ətraf mühitə zərər vuran ölkələr sırasında ən aşağı yerlərdən birini tutan Azərbaycan buna baxmayaraq, qlobal iqlim çağırışlarında ən fəal iştirak edən, təşəbbüslər irəli sürən, öz iradəli addımları ilə diqqəti cəlb edən dövlətdir. Bu nisbət kifayət qədər kiçik olsa da, qlobal çağırışlardan geri qalmayaraq karbonsuzlaşdırma strategiyalarının inkişaf etdirmək niyyətindədir. Həmçinin “yaşıl keçid”in əsas iştirakçılarından biri olan ölkəmiz “yaşıl layihələr”ə investisiyaları təşviq etmək üçün beynəlxalq birlik qarşısında 2040-cı ilədək emissiyaları 40 faiz azaltmaq öhdəliyi götürüb. Ona görə də qlobal çağırışlara müsbət töhfə vermək üçün karbonsuzlaşdırma strategiyalarının inkişaf etdirilməsi əsas ssenarilərdən biri kimi uzunmüddətli baxışı əks etdirir.

Ona görə də, Paris Sazişinin və UNFCCC-nin əsas təməl prinsiplərini icra etmək, planetin gələcək ekoloji fəlakətinin qarşısını almaq üçün ilk yerdə dayanan ölkələr daha ciddi proqramlar həyata keçirməli, ekoloji sərmayələrdə əsas donorluğu üzərinə götürməlidir.

Ancaq bütün bunlara baxmayaraq, COP29 sammitində dünya ölkələrinin yeni maliyyə iqlimi ailəsini və yeni coğrafiya maliyyə arxitekturası formalaşdırmağı bacardı. Sammitdə Avropanın bir çox ölkəsi də daxil olmaqla qitə ölkələrinin karbonsuzlaşdırma, 2030-cu ilə qədər qlobal bərpaolunan enerji potensialının üç dəfə artırılması, təbiətin qorunması və artırılması, karbon tullantılarının qorunması və emissiyaların üçdə birini təşkil edən qida sistemlərinin transformasiyası istiqamətində hərəkətləri sürətləndirmək barədə razılığa gəlməsi və yekun bəyannamələr imzalaması məsuliyyətli iqlim alyansının formalaşmasını təsdiqləyir.

Bakı sammiti yeni iqlim maliyyəsi ailəsini formalaşdırdı

Ən mühüm nəaliyyət isə COP29-da İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması barədədə yekdil razılıq da əldə edilib. İnkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşməsinin mühüm sütunu olan “İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu”na vəsait ayrılması təmin olunub. Yaxın günlərdə İMFF bərpaolunan enerji sahəsində fəaliyyət göstərən kiçik və orta istehsalçılar üçün gələcək məhsulların satın alınması üzrə sazişə zəmanətlə yanaşı, “yaşıl” sənaye layihələri üçün ilkin kapital itkisinin kompensasiyasını da təmin edəcək.

Həmçinin, inkişaf etməkdə olan ölkələrin tələblərinə cavab verəcək ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qəbul edilib və bu sənəd çoxtərəfli inkişaf banklarının resurs bazalarından istifadə etməsinə imkan yaradacaq. Nəticədə bu, iqlim hədəflərinə çatmaqda dayanıqlı maliyyə mexanizmlərinin formalaşmasında mühüm rol oynayacaq.

Maliyyələşmə siyasətinin davamı kimi donorlardan biri olan Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdırmağı öhdəsinə götürüb. Habelə COP29 çərçivəsində keçirilən İqlim məsələləri üzrə biznes, investisiya və xeyriyyəçilik platformasında (BIPCP) da dayanıqlı maliyyə infrastrukturlarının qurulması yönündə müsbət siqnallar verilib, biznes, maliyyə və xeyriyyə cəmiyyətlərinin liderləri, o cümlədən ümumi aktivləri 10 trilyon dollar olan investorlar özəl kapitalın iqlim bazarlarına yönləndirilməsi üçün ilk dəfə bir araya gələcəklərini bəyan edib. Asiya İnkişaf Bankı (AİB) buzlaqların əriməsi nəticəsində yaranan təsirlərlə mübarizə aparmaq üçün nəzərdə tutulmuş yeni proqrama 3,5 milyard dollar ayıracaq. İsveç hökuməti isə BMT-nin Yaşıl İqlim Fonduna 730 milyon dolları məbləğində ianə ayrılmasını rəsmiləşdirib. Həmçinin, tədbirin digər tərəfdaşları arasında Asiya Filantropiya Müəssisəsi Şəbəkəsi Bil və Melinda Qeyts Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Qlobal İqlim Fəaliyyəti üzrə  Mərakeş Tərəfdaşlığı, Dayanıqlı Bazarlar Təşəbbüsü, Dayanıqlı İnkişaf üzrə Dünya Biznes Şurası, Dünya İqtisadi Forumu və “XPRIZE” fondu da maliyyə donorluğunu üzərinə götürüb.

Nüfuzlu bank və investorlardan Bakıya dəstək

Azərbaycanın digər uğuru dünya ölkələrinin maliyyə-xəzinə orqanlarını bir platformada konsensusa gətirmək bacarığıdır. COP29-da iştirak edən bir sıra ölkələrin maliyyə nazirliklərinin və beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlərdə də iqlim maliyyə portfelinin vəziyyəti əsas mövzulardan biri olub. Bu prosesdə COP ailəsinin maliyyə və investisiya qurumlarının rəhbərlərinin də üzərinə məsuliyyət düşdüyündən qarşılıqlı dialoqlar intensivləşib. Sloveniyanın maliyyə naziri Klemen Boştjançiç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə nazirinin müavini Lord Livermor və Misirin iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Rania Əl-Məşət və Azərbaycanın maliyyə naziri Samir Şərifov arasında Bakıda keçirilən görüşlərdə iqlim büdcəsinin tərtibi, iqlim hədəflərinə çatmaq üçün maliyyələşmə istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzində olub və qarşılıqlı mübadiləyə dair razılaşmalar əldə edilib.

İqlim maliyyəsində bank və maliyyə institutlarının da donorluğu mühüm əhəmiyyət daşıyır. Bakıda Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Beynəlxalaq İnkişaf Fondunun prezidenti Abdülhəmid Əlxəlifə və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının rəhbəri Hayaşi Nobumitsu ilə keçirilən görüşlərdə də maliyyələşmə ilə bağlı yekun niyyət razılaşmaları əldə olunub, beynəlxalq maliyyə qurumları ilə bu sahədə əməkdaşlığın yeni təməlləri qoyulub.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1224

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see190

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see182

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see128

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see125

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see119

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see111

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see111

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri