Icma.az
close
up
RU
Azərbaycan QHTləri Cenevrədə Ermənistan dövlətini irqçilikdə ittiham etdi

Azərbaycan QHTləri Cenevrədə Ermənistan dövlətini irqçilikdə ittiham etdi

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 114-cü sessiyasında iştirak edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, bu təşkilatla birgə alternativ hesabat təqdim etmiş İnsan Hüquqları üzrə Təlim və Tədqiqat ictimai birliyinin nümayəndələri, eləcədə Strateji Kommunikasiya Mərkəzi ictiai birliyinin nümayəndələri Komitə üzvləri üçün keçirdikləri brifinqdə bəyanatla çıxış etdikdən sonra komitə üzvlərinin çoxsaylı suallarını cavabladırmışlar.

"Cebheinfo.az" xəbər verir ki, Brifinqdən sonra Komitənin Ermənistan üzrə məruzəçiləri ilə ayrı bir görüş olmuşdur. Görüşə həmçinin onlayn olaraq Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İsgəndərli də qoşularaq bəyanatla çıxış etmişdir. Komitə üzvləri alternativ hesabatlarla tanış olduqlarını bildirmiş, amma bir sıra məsələləri aydınlaşdırmaq üçün müzakirələr apararaq suallar vermişlər. Onlara Qarabağdan köçən ermənilərin tərkibi izah olunmuşdur. Köçənlərin 45 000 nəfərdən artığının Ermənistan hərbiçiləri və onların ailə üzvləri, əhəmiyyətli hissəsinin Suriyadan, Livandan və s. yerlərdən köçürülən ermənilərin olması, qalanların isə vətəndaşlığı qəbul etməmək üçün könüllü olaraq köçməsi diqqətə çatdırlmış, 1988-ci il deportasiyası zamanı Ermənistandan didərgin salınmış azərbaycanlıların icma yaradaraq ana vətənlərinə qayıtmaq istədiklərini, lakin Ermənistan tərəfindən bunun üçün heç bir şəraitin yaradılmaması diqqətə çatdırlmışdır. Ermənistan və işğal edilmiş ərazilərdə dağıdılmış mədəni irs, o cümlədən dini obyektlər, qəbristanlıqlar, muzeylər və s. İrs haqqında statistik məlumatlar həmməruzəçilərin diqqətinə çatdırlmışdır. İşğal altında olan ərazilərdə 30 000 artıq qəbrlərin dağıdılaraq qızıl diş axtarması və s. qeyri-insani hərəkətlər, kütləvi məzar yerləri, girov və əsir götürülmış 3,979 şəxs, o cümlədən uşaqlar, qadınlar və ahıl insanlar haqqında Ermənistan tərəfinin heç bir məlumat verməməsi və . s. İrqi zəmində baş vermiş cinayətlərə dair müfəssəl məlumatlar diqqətə çatdırılmışdır. Həbs olunaraq Bakıda saxlanan erməni siyasi və hərbi mənsublu şəxslərin əsir deyil, müharibə cinayətlərində ittiham olunan şəxslər olması barədə faktlara əsaslanan məlumatlar verilib.

Mədəni irsin dağıdılması, yer adlarının dəyişdirlməsi, ekoloji terror aktları, mina terrorunun əsas məqsədinin irqçi yanaşma olması da diqqətə çatdırlmış, 2020-ci ildən sonra mina xəritələrinin verilməməsinin nəticəsi olaraq 382 nəfərin mina qurbanı olması həm brifinqdə, həm də komitənin Ermənistan üzrə məruzəçiləri ilə görüşdə diqqətə çatdırılıb.

Daha sonra Sessiya başlamış və Ermənistan dövrü hesabatını təqdim etmişdir. Ermənistan rəsmi nümayəndə heyətinə verilən sualların əksəriyyətində alternativ hesabatlara istinadlar edilmişdir. Həmməruzəçilərin “Niyə hesabatınızda azərbaycanlılar bərədə məlumat, o cümlədən statistik məlumatlar verilməyib?” sualına Ermənistanın xarici işlər nazirinin cavabı etiraf xarakrerli və yarımçıq olmuşdur. XİN müavini cavab vermişdir ki, “Bəli hesabatda azərbaycanlılara dair heç bir məlumat yoxdur və hesabatın bir hissəsi Azərbaycana həsr olunub, amma çalışmışıq ki, əsasən daxili problemləri və konvensiya üzrə öhdəliklərimizi əhatə edək”.

Sassiya 3 dekabr tarixində işini davam etdirəcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri