Icma.az
close
up
RU
Azərbaycan qida məhsullarını əsasən MDB məkanına ixrac edir SƏDR AÇIQLADI

Azərbaycan qida məhsullarını əsasən MDB məkanına ixrac edir SƏDR AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması strateji prioritetlərdən biri kimi müəyyən edilsə də, hazırda qida sənayesinin, xüsusilə konservləşdirilmiş məhsulların, yarımfabrikatların və şirələrin ixracda xüsusi çəkisi olduqca məhduddur. Bu məhsulların ümumi ixrac strukturunda payı 0,2 faizdən də az olmaqla, 1 faiz səviyyəsinə belə çatmır ki, bu da sektorun ixrac baxımından hələlik ciddi iqtisadi əhəmiyyət kəsb etmədiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, mövcud vəziyyətə əsasən, Azərbaycan qida məhsullarını əsasən MDB məkanına, xüsusilə də Rusiya Federasiyasına ixrac edir: "Bunun əsas səbəbi həmin ölkələrin bazarlarında məhsullara tətbiq edilən texniki və sanitar tələblərin nisbətən yumşaq olması, eləcə də Azərbaycan istehsalçılarının hazırkı mərhələdə Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrin yüksək keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən məhsullar istehsal edə bilməməsidir. Bu isə Azərbaycan məhsullarının yüksək tələblər irəli sürən qlobal bazarlara çıxış imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Xüsusilə son dövrlərdə Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, istehsal sektorunda tənəzzül və qida sənayesində daxili istehsal imkanlarının zəifləməsi fonunda bu ölkədə idxal məhsullarına tələbat artmışdır. Bu şərait Azərbaycan istehsalçıları üçün Rusiya bazarına çıxış imkanlarını genişləndirsə də, bu asılılıq uzunmüddətli dövrdə riskli xarakter daşıyır. Belə ki, Rusiya bazarına yüksək səviyyədə yönəlik ixrac strategiyası diversifikasiya prinsiplərinə zidd olmaqla yanaşı, siyasi və iqtisadi dəyişkənliklərə qarşı Azərbaycan ixracatını həssas edir.

Nəticə etibarilə, Azərbaycanın qida sənayesi məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının artırılması üçün istehsal texnologiyalarının modernləşdirilməsi, qida təhlükəsizliyi standartlarının tətbiqi və məhsul keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin görülməsi zəruridir"- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri