Icma.az
close
up
RU
Bu il Azərbaycan fındığı əsasən Avropada satılacaq

Bu il Azərbaycan fındığı əsasən Avropada satılacaq

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bu il Azərbaycanda fındıq istehsalı ilə məşğul olan sahibkarların ötən illə müqayisədə 25-30 % az məhsul toplayacağı gözlənilir.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.

Havalar qeyri-sabit keçib

Onun sözlərinə görə, buna səbəb xüsusilə may-iyun aylarında havaların qeyri-sabit keçməsidir.

"Hava şəraitnə görə, bu il Şəki–Qax–Zaqatala bölgəsində məhsuldarlığın ötən ilə nisbətən 25–30 % azalacağını gözləyirik. Həmçinin, məhsulun keyfiyyətinin pisləşməsi müşahidə olunur. Keçən il zərərvericilər fındığa ciddi ziyan vurmuşdu. Bu il də müəyyən təhlükə var. Qida Təhlükəsizliyi Agentliyi və digər qurumlar mübarizə tədbirləri görürlər. Amma problem ondadır ki, zərərvericilər geniş ərazilərdə yayılır, buna görə də daha intensiv tədbirlərin görülməsi zəruridir. Son bir ildə yeni bağların salınması müşahidə olunmayıb",- deyə İ.Orucov qeyd edib.

Fındığımızı əsasən avropalılar alacaq

Bu il Azərbaycan fındığının əsas ixrac bazarının Avropa İttifaqı ölkələri olacağı gözlənilir. Sədrin sözlərinə görə, ixracatçıların xüsusilə İtaliya və Almaniya bazarına marağı artıb: "Rusiyada iqtisadi vəziyyət ağır olduğuna görə bu ölkədə alıcılıq qabiliyyəti zəifləyib və bütün məhsullar kimi fındığa da tələbat azalıb. Bununla belə, Azərbaycan məhsulu alternativ bazarlara yönəltməklə ixracda problem yaşamayacaq. Artıq bir sıra müqavilələr bağlanıb. Bu il bütün dünyada məhsul az olduğu üçün xarici bazarlarda qiymətlərin orta hesabla 30-40 % artacağı gözlənilir. Elə daxili bazarda da fındıq baha olacaq. Avropaya əsasən işlənmiş və qabıqsız fındıq ixrac olunur. Qabıqlı fındıq isə əsasən Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinə göndərilir. Emal olunmuş məhsulun ixracı həm daha çox əlavə dəyər yaradır, həm də yeni iş yerlərinin açılmasına səbəb olur".

Fermerlər emal müəssisələri ilə alqı-satqı prosedurlarının sadələşdirilməsini istəyir

İ.Orucov həmçinin bildirir ki, Azərbaycanın fındıq istehsalçıları emal müəssisələri ilə alqı-satqı prosedurlarının sadələşdirilməsini istəyir. Onun sözlərinə görə, bu məsələ İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Zaqatalada keçirimiş görüşdə qaldırılıb.

"Görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, nazirliyin Şəki-Zaqatala regional bölməsinin, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin Zaqatala Rayon İcra Hakimiyyəti nümayəndələri iştirak edirdi. Vergi güzəştləri ilə bağlı hər hansı bir məsələ gündəmə gətirilmədi. Onsuz da fermerlərin böyük hissəsi vergidən azaddır, emalla məşğul olan sahibkarlar isə yalnız mənfəət vergisi ödəyirlər. Təklif sadəcə fermerlərlə emal müəssisələri arasında alqı-satqı prosedurlarının sadələşdirilməsi ilə bağlı oldu. Çünki, hazırkı qaydalar bir qədər vaxt aparır və iş adamları çətinlik çəkirlər. Bundan başqa, torpaqların sənədləri ilə bağlı da çətinlik var. Bir çox fermerlərin torpaqları hələ də atalarının adındadır, vərəsəlik rəsmiləşdirilməyib. Buna görə də fermer real əmlaka sahib olsa da, sistemdə torpaq ona aid görünmür. Yəni, o, bağ sahibi sayılmır", - deyə o qeyd edib.

Subsidiya hektara görə deyil, istehsal olunan fındığın həcminə görə verilsin

Bundan başqa, İ.Orucov deyir ki, görüşdə fındıq istehsalçılarına subsidiyanın hektara görə deyil, məhsulun həcminə - hər kiloqramına görə verilməsi təklif edilib: "Çünki bağa yaxşı qulluq edən, yüksək məhsuldarlıq əldə edən fermer daha çox əziyyət çəkir, amma hazırkı sistemdə o, zəif qulluq edən fermerlə eyni subsidiya alır. Məhsula görə subsidiya isə həm daha ədalətli olar, həm də fermerləri məhsuldarlığı artırmağa həvəsləndirər".

Azərbaycanda fındıq bağlarının sahəsi 81,8 min hektardır. Bağların 24,7 %-i Zaqatalada, 14,3 %-i Xaçmaz, 12,9 %-i Balakən, 12,5 %-i Qax, 8,7 %-i Qəbələ, 8,2 %-i Qusar, 5,9 %-i Şəki, 5,3 %-i Oğuz, 2,6 %-i İsmayılla, 1,5 %-i Quba, ümumilikdə 95 %-dən çoxu 10 rayonun payına düşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Avqust 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri