Azərbaycan Qırğızıstanda 12 güləşçi ilə təmsil olunacaq
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabah Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Universiadasına start veriləcək.
Futbolpress.az xəbər verir ki, üçüncü dəfə keçiriləcək oyunlar 6 (güləş, cüdo, şahmat, stolüstü tennis, voleybol, futzal) idman növünü əhatə edir.
Yarışda güləşin sərbəst və yunan-Roma növləri üzrə olimpiya çəkilərində mübarizə baş tutacaq. Reqlamentə əsasən, 17-25 yaş arası tələbə idmançıların çıxış edəcəyi Universiadada güləş yarışları sentyabrın 6-7-də “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçiriləcək.
Sərbəst güləşdə böyük məşqçi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (74 kq), Əşrəf Aşırov (86 kq), İslam İlyasov (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.
Yunan-Roma güləşində isə ölkəmizi məşqçilər Akif Əliyevlə Zöhrab Abbasovun rəhbərliyi altında Vədat Qasımlı (60 kq), Roman Kərimov (67 kq), Cavad Məmmədov (77 kq), Orxan Hacıyev (87 kq), Əli Quliyev (97 kq) və Məzaim Mərdanov (130 kq) təmsil edəcək.
Sentyabrın 6-da sərbəst güləşdə 57, 74 və 97, yunan-Roma güləşində isə 60, 77 və 97 kq-da qaliblər müəyənləşəcək. Növbəti gün digər çəkilərdə medalçıların adına aydınlıq gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Sentyabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















