Icma.az
close
up
RU
Qırğızıstanda Azərbaycan dili tədris olunacaq Nazir azərbaycanlı müəllimlə görüşdü

Qırğızıstanda Azərbaycan dili tədris olunacaq Nazir azərbaycanlı müəllimlə görüşdü

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qırğız Respublikasının maarif naziri Dögdürkül Kəndirbayeva Azərbaycanın bu dövlətdəki səfiri Lətif Qəndilov və həmin ölkənin ümumtəhsil müəssisələrində Azərbaycan dilinin tədrisi məqsədilə ezam olunmuş müəllim Ülkər Verdiyeva ilə görüşüb.

"AzPolitika" xəbər verir ki, Ölkəmizin Qırğızıstandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, azərbaycanlı müəllimin Qırğızıstana gəlişi ölkələrimiz arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub. Bu təşəbbüs qırğız və Azərbaycan dilləri müəllimlərinin qarşılıqlı mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur.

Belə ki, Ülkər Verdiyeva Nizami Gəncəvi adına 103 nömrəli ümumtəhsil məktəbində, eləcə də Heydər Əliyev adına 20 nömrəli məktəbdə Azərbaycan dilini, Qırğızıstandan olan müəllim isə öz növbəsində Azərbaycan məktəblərindən birində qırğız dili və qırğız ədəbiyyatını tədris edəcək.

Nazir Dögdürkül Kəndirbayeva müəllimə Qırğızıstandakı fəaliyyətində uğurlar arzulayıb. O, həmçinin qeyd edib ki, təhsil və mədəniyyət sahələrində mübadilələrin inkişaf etdirilməsi iki ölkə arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Səfir Qırğızıstan və Azərbaycan xalqlarının yaxınlaşmasında, eləcə də ümumi Türk dilinin formalaşmasında dil və mədəniyyətin xüsusi rolunu qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Ağdam rayonunun Xıdırlı kəndində qırğız xalqının adından inşa olunan məktəbin açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər. Bişkek şəhərində isə Azərbaycanın maliyyə dəstəyi hesabına inşa edilmiş iki təhsil ocağı - Nizami Gəncəvi adına 103 nömrəli məktəb və Heydər Əliyev adına 20 nömrəli məktəb fəaliyyət göstərir. Bu məktəblərin açılışı 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı iki ölkənin dövlət başçılarının iştirakı ilə keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Sentyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri