Azərbaycan Qlobal Cənub ölkələrinin inkişafına böyük töhfə verib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 14 may, AZƏRTAC
Qoşulmama Hərəkatının və COP29-un sədri olaraq Azərbaycan Qlobal Cənub ölkələrinin inkişafına və onlarla əməkdaşlığın güclənməsinə böyük töhfə verib. Həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə Qlobal Cənub ölkələri ilə hərtərəfli əməkdaşlıq qurmuşuq. Lakin biz, həmçinin etiraf etməliyik ki, qlobal nizamsızlıq dünyasında yaşayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni təhdidlər, çağırışlar və yeni qeyri-müəyyənliklər ortaya çıxır. Təəssüf ki, tarix boyu yeni qlobal nizam formalaşanda Qlobal Cənub masanın arxasında olmayıb. Xüsusilə İkinci Dünya müharibəsindən sonra Qlobal Cənubun səsi eşidilməyib. Dünya Cənub ölkələrinin iştirakı, cəlb olunması və əməkdaşlığı olmadan formalaşıb. Hazırda inteqrasiya olunmuş potensialını və dünya əhalisinin 80 faizinin Cənub ölkələrində yaşamasını nəzərə alaraq, yeni dünya nizamının formalaşmasında sadəcə müşahidəçi və tamaşaçı olmalı deyilik. Cənub ölkələri onun bütün proseslərində və təşəbbüslərində fəal iştirak etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 May 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















