Icma.az
close
up
RU
Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir ŞƏRH

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 avqust, AZƏRTAC

Bu gün beynəlxalq münasibətlər sistemi sürətlə transformasiya olunur. Asiya, Afrika, Latın Amerikası və Sakit okean hövzəsinin inkişaf etməkdə olan ölkələrini əhatə edən Qlobal Cənub beynəlxalq idarəetmədə söz sahibi olmaq istəyən böyük siyasi platformadır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, Azərbaycan da son illərdə bu proseslərin fəal iştirakçılarından birinə çevrilib. Xüsusilə 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlik ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb: “Bakı inkişaf etməkdə olan ölkələrin siyasi dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Azərbaycanın 2011-ci ildən Qoşulmama Hərəkatının üzvü olması, 2019-cu ildə isə yekdil qərarla sədr seçilməsi ölkəmizə olan beynəlxalq etimadın göstəricisi idi. Belə ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində mühüm addımlar atılıb. Parlament Şəbəkəsi, Gənclər Təşkilatı və müxtəlif tematik platformaların yaradılması hərəkatın fəaliyyətini yalnız siyasi bəyanatlarla məhdudlaşdırmayıb, onu davamlı əməkdaşlıq mexanizmləri ilə zənginləşdirib”.

Deputat qeyd edib ki, COVID-19 pandemiyası dövründə Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Zirvə Görüşü və inkişaf etməkdə olan ölkələrin problemlərinin beynəlxalq gündəliyə çıxarılması ölkəmizin məsuliyyətli qlobal tərəfdaş kimi qəbul olunmasına mühüm töhfə verib. “Sədrlik müddəti başa çatdıqdan sonra da Azərbaycan bu istiqamətdə fəaliyyətini dayandırmayıb. Əksinə, Qlobal Cənub ölkələri ilə siyasi dialoqu daha geniş formatda davam etdirərək, yeni əməkdaşlıq platformalarının formalaşmasına təşəbbüs göstərib. COP29 çərçivəsində və ondan sonrakı dövrdə Qlobal Cənub ölkələrinin qeyri-hökumət təşkilatlarının bir araya gətirilməsi, Qlobal Cənub QHT Platformasının yaradılması Azərbaycanın bu istiqamətdə uzunmüddətli strateji baxışının göstəricisidir”, - deyə o vurğulayıb.

Könül Nurullayeva diqqətə çatdırıb ki, Azərbaycanın Qlobal Cənub ölkələri ilə qurduğu etibarlı tərəfdaşlıq beynəlxalq təşkilatlarda keçirilən səsvermələrdə də özünü göstərir. Azərbaycan, eyni zamanda, inkişaf etməkdə olan dövlətlərin beynəlxalq maliyyə institutlarında, iqlim danışıqlarında və BMT çərçivəsində daha ədalətli təmsil olunmanı dəstəkləyən mövqeyi ilə də Qlobal Cənub ölkələrinin marağını cəlb edir. Bu isə beynəlxalq səsvermələrdə qarşılıqlı siyasi həmrəyliyi gücləndirən əsas amillərdəndir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2026 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri