Icma.az
close
up
RU
Azərbaycan qlobal enerji keçidində fəal rol oynayan strateji gücdür ŞƏRH

Azərbaycan qlobal enerji keçidində fəal rol oynayan strateji gücdür ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 5 mart, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında səsləndirilən fikirlər Azərbaycanın dəyişən qlobal enerji arxitekturasında tutduğu strateji mövqenin aydın ifadəsidir. Bu çıxış həm regional, həm də qlobal enerji təhlükəsizliyi kontekstində ölkəmizin rolunu bir daha nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O bildirib ki, dünyada enerji təhlükəsizliyi məsələsi artıq sırf iqtisadi kateqoriya deyil, milli və beynəlxalq təhlükəsizliyin ayrılmaz komponentinə çevrilib. Xüsusilə Avropada enerji təchizatının şaxələndirilməsi zərurəti fonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələr strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşdığını, qaz təchizatının coğrafiyasının genişləndiyini və yeni bazarlarla əməkdaşlığın gücləndiyini vurğuladı. Bu yanaşma Azərbaycanın uzunmüddətli müqavilələrə əsaslanan, siyasi təzyiqlərdən uzaq enerji siyasətini davam etdirdiyini göstərir. Dövlətimizin başçısının mesajı ondan ibarət idi ki, enerji əməkdaşlığı qarşılıqlı etimada və praktik nəticələrə söykənməlidir.

Deputat qeyd edib ki, Cənub Qaz Dəhlizi artıq sadəcə infrastruktur layihəsi deyil, Avrasiya məkanında enerji xəritəsini dəyişdirən mühüm geosiyasi platformadır. Azərbaycanın təşəbbüsü və siyasi iradəsi nəticəsində reallaşan bu layihə ölkəmizin tranzit və istehsalçı dövlət kimi mövqeyini möhkəmləndirib. Çıxışda layihənin genişləndirilməsi, ötürücülük qabiliyyətinin artırılması və yeni tərəfdaşların cəlb olunması məsələləri xüsusi yer tutdu. Bu, Azərbaycanın artan enerji tələbatına çevik cavab vermək imkanına malik olduğunu göstərir. Eyni zamanda, dövlətimizin başçısı maliyyə institutları və tərəfdaş ölkələrin məsuliyyətinin vacibliyini qeyd edərək, enerji təhlükəsizliyinin kollektiv məsuliyyət olduğunu vurğuladı. İclas çərçivəsində keçirilən Yaşıl Enerji Məşvərət Şurası Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcını simvolizə edir. Prezident İlham Əliyev çıxışında bərpaolunan enerji potensialının, xüsusilə Günəş və külək enerjisinin inkişaf etdirilməsinin prioritet olduğunu bildirdi. Bu yanaşma karbohidrogen resurslarının daha səmərəli ixracı, daxili enerji balansında alternativ mənbələrin payının artırılması, Azərbaycanın regional yaşıl enerji mərkəzinə çevrilməsi, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişafı kimi strateji məqsədlərə xidmət edir. Azərbaycan bununla həm ənənəvi enerji ixracatçısı, həm də alternativ enerji istehsalçısı kimi paralel model formalaşdırır. Bu model isə uzunmüddətli dayanıqlılıq baxımından mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan bu gün enerji əməkdaşlığını siyasi sabitlik, regional təhlükəsizlik və iqtisadi inteqrasiya ilə uzlaşdırır. Bakı platforması artıq təkcə enerji dialoqu deyil, həm də geosiyasi koordinasiya məkanıdır. Dövlətimizin başçısının vurğuladığı əsas məqamlardan biri enerji layihələrinin siyasiləşdirilməsinin yolverilməzliyi idi. Bu mövqe isə Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun davamıdır. Prezidentin çıxışı Azərbaycanın qlobal enerji siyasətində ikili strategiyasını, – ənənəvi enerji təhlükəsizliyinin təmin olunması və paralel şəkildə yaşıl transformasiyanın sürətləndirilməsini, – açıq şəkildə ortaya qoydu. Bu çıxış göstərdi ki, Azərbaycan artıq təkcə enerji resurslarına malik bir ölkə deyil, həm də enerji gündəliyini formalaşdıran, regional əməkdaşlıq platformaları yaradan və qlobal enerji keçidində fəal rol oynayan strateji gücdür. Enerji təhlükəsizliyi ilə yaşıl inkişafın vəhdəti isə ölkənin gələcək iqtisadi modelinin əsas sütunlarından biri kimi çıxış edir”, - deyə J.Əliyeva vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Mart 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri