Icma.az
close
up
RU
Azərbaycan qlobal maraqların kəsişdiyi mərkəz olur ŞƏRH

Azərbaycan qlobal maraqların kəsişdiyi mərkəz olur ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Vaşinqton üçün açar ölkə bəllidir, Bakı regionda etibarlı strateji platformadır

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası üzrə məsələlər müzakirə olunub.

XİN-dən verilən xəbərə görə, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib. Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.

Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşü şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Sherg.az-a bildirib ki, Azərbaycan ABŞ Strateji Tərəfdaşlığı yeni geosiyasi reallıqlar fonunda artıq klassik diplomatik çərçivəni aşaraq tərəflərin dəyişən beynəlxalq sistemdə maraqlarını yenidən sinxronlaşdırdığı strateji mərhələ kimi qiymətləndirilməlidir. 

Y. Hacıyeva qeyd edib ki, Strateji Tərəfdaşlıq Xartiyasının icrası üzrə aparılan müzakirələr təkcə ikitərəfli münasibətlərin texniki davamı deyil, həm də enerji, ticarət, ortaq maraqlar ətrafında regional əlaqələr və investisiya kimi kritik sahələrdə əməkdaşlığın daha dərin və nəticəyönümlü fazaya keçidini təsdiqləyir:

"Bu prosesin mərkəzində Azərbaycanın enerji təhlükəsizliyində artan rolunun institusionallaşması dayanır.

Avropanın alternativ enerji mənbələrinə yönəlməsi fonunda Azərbaycan qazının strateji yükünün artması ABŞ üçün regionda etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşın əhəmiyyətini artırır.

Beləliklə enerji əməkdaşlığını sırf iqtisadi müstəvidən çıxararaq geosiyasi sabitliyin formalaşdırıcı elementinə çevirir. 

Paralel olaraq Orta Dəhliz üzərindən ticarət marşrutlarının şaxələndirilməsi Çindən Avropaya uzanan alternativ logistika arxitekturasını gücləndirir.

Qlobal ticarət komunikasiyalarında inhisarçı meyilləri zəiflədir və yeni güc balansının formalaşmasına xidmət edir.

Bu da ABŞ üçün regionda iqtisadi və strateji təsir imkanlarının genişlənməsi anlamına gəlir". 

Y. Hacıyevanın fikrincə, Azərbaycanda formalaşan investisiya mühiti və iqtisadi islahatlar xarici kapital üçün dayanıqlı platforma yaradaraq ABŞ şirkətləri ilə iqtisadi inteqrasiyanı dərinləşdirir:

"Bu iqtisadi qarşılıqlı asılılıq siyasi dialoqu daha praqmatik və qarşılıqlı maraqlat əsaslı müstəviyə keçirir. Siyasi və iqtisadi lobbi qruplarının sifarişli və ya ideoloji gərginlikləri arxa plana ataraq uzunmüddətli sabitlik məntiqini gücləndirir. 

Nəticə etibarilə, bu faktorlar Azərbaycanın yalnız enerji və tranzit ölkəsi deyil, həm də qlobal maraqların kəsişdiyi və uzlaşdırıldığı strateji aktor kimi mövqeyini möhkəmləndirir və Cənubi Qafqazın geosiyasi arxitekturasında ölkəmizin rolunu keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Mövcud reallıqlar isə göstərir ki, Bakı artıq yalnız regional aktor deyil, qlobal güc mərkəzlərinin maraqlarının toqquşduğu və eyni zamanda balanslaşdırıldığı strateji platforma funksiyasını yerinə yetirən mərkəzə çevrilməkdədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri