Icma.az
close
up
RU
Türk dünyasının aparıcı gücü olan Azərbaycan qlobal maraqların uzlaşdırılmasında rol alıb ŞƏRH

Türk dünyasının aparıcı gücü olan Azərbaycan qlobal maraqların uzlaşdırılmasında rol alıb ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 25 avqust, AZƏRTAC

Vaxtilə, 1990-cı illərdə dünyanın geosiyasi radarlarından kənar qalan, zəngin enerji və digər təbii resurslarının mövcudluğuna baxmayaraq, bunu dünyaya çıxaracaq marşrut imkanları olmayan və bu mənada Rusiyanın hegemonluğuna və üstün geosiyasi təsirinə məruz qalan Mərkəzi Asiya üçün iki mininci illərdən bəri çoxsaylı “C5+1” layihələri gündəmə gəldi. Aydındır ki, “C5” Mərkəzi Asiyanı təmsil edir, “1” isə müxtəlif qlobal və regional gücləri. Burada, ilk növbədə, Rusiya, Çin, ABŞ-ın toqquşan maraqları ilə yanaşı, Türk dünyasının birləşdirici ideyasını da qeyd etmək olar. Təbii olaraq, Türk dünyasının aparıcı gücü olan Azərbaycan hər zaman toqquşan qlobal maraqların uzlaşdırılmasında rol alıb və bu baxımdan coğrafiyamızın ölkəmizə bəxş etdiyi üstünlüyü - iki qitə arasında körpü rolunu tarixi-siyasi və geosiyasi kontekstə köçürməyi bacarmışıq. Prezident İlham Əliyevin Türk dünyasına yönəlik baxışları, bu çərçivədə reallaşdırılan siyasət bu baxımdan qlobal mahiyyət daşımaqdadır. Bu istiqamətdə xüsusi tarixi irəliləyişlər olaraq qeyd oluna bilər: Xəzəryanı ölkələrlə Xəzərin statusunun 2018-ci ildə razılaşdırılması (İran və Türkmənistan Xəzərin göl kimi, Qazaxıstan və Azərbaycan dəniz kimi bölünməsini istəyirdi), 2021-ci ilin yanvarında Türkmənistanla Azərbaycan arasında mübahisəli Kəpəz (Türkmənlər onu Sərdar adlandırır) yatağının birgə işlənməsinin razılaşdırılması və “Dostluq” adlandırılması, Türkmənistan rəhbəri Qurbanqulu Berdiməhəmmədovun ilk (2008-ci ildəki) səfərindən 17 il sonra bu ilin iyulunda ölkəmizə tarixi səfərini etməsi - bütün bunlar uzun illər Türk dünyasına yönəlik siyasətimizin çatışmayan həlqəsində əldə olunan nailiyyətlərdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhət Şurasının sədri, yəni faktiki ölkə rəhbəri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də bu ölkəyə səfəri, orada Özbəkistan Prezidentinin də iştirakı ilə üçtərəfli formatda görüşün keçirilməsi, gələcək layihələrlə bağlı bəyanlar, tranzit-nəqliyyat, ticarət, humanitar sahələrdə yeni razılaşmalar Azərbaycanın Türk dünyası siyasətinin zirvəsində olduğunu, həlqənin tamamlandığını sübut edir. Növbəti addım bu istiqamətdə bəyan olunan niyyətləri reallaşdırmaq, işçi qrupları səviyyəsində real nəticələri əldə etməkdir. Belə ki, görüş zamanı dəmir və hava yolu sahəsində əməkdaşlıq haqqında sazişlər imzalandı, yəni, nəqliyyat-infrastruktur quruculuğu və mövcud olan infrastrukturun genişləndirilməsi üzrə birgə işin ortaya qoyulması gözlənilir. Həmçinin Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması barədə sazişi qeyd etmək olar. Bununla yanaşı, Özbəkistan ticarət nazirinin açıqlamasına görə üçtərəfli razılaşmaya əsasən topdansatış və vahid paylayıcı ticarət-logistika məntəqələrinin yaradılması planlaşdırılır. Görüşdə bundan əlavə, enerji əməkdaşlığına dair məsələlər də müzakirə olunub. Bu, Türk dünyasında əməkdaşlığın ən yeni inkişaf mərhələsinə yüksəldiyinin göstəricisi olmaqla yanaşı, on illərdən bəri Qərbin xəyalı olan Trans-Xəzər enerji layihələrinin müzakirəsi üçün yeni imkan yaradır. Bu layihənin önəmi hələ 2012-ci ildə Avropa İttifaqının qəbul etdiyi “Enerji siyasəti: sərhədlərimizdən uzaqdakı ortaqlarımızla münasibətlər” adlı sənəddə qeyd edilmişdi.

“Xüsusilə 2027-ci ilin sonunadək Rusiyadan enerji asılılığını sonlandırmağı qarşısına məqsəd qoyan Avropa üçün yeni enerji marşrutlarının formalaşdırılması həyati əhəmiyyət kəsb edir. Rusiyanın təzyiqləri, Çinin və Hindistanın maliyyə dəstəyi ilə çəkilən enerji xətləri Mərkəzi Asiyanın üzünü Şərqə döndərməsinə səbəb olmuşdusa, artıq Qərb Azərbaycanın dəstəyi ilə Avrasiyanın ürəyinə yol tapır. Bu, həm Türk birliyi ideyasına xidmət edir, həm ölkəmizin milli maraqlarına töhfə verərək gələcəkdə Qərbin enerji təhlükəsizliyində regionumuzun daha böyük rol oynaması ilə nəticələnə bilər. Qalib gələn tərəf hər zaman qlobal əməkdaşlığa faydalı olan tərəfdir. “Əsrin müqaviləsi” bizi Qarabağ Zəfərinə gətirdi, “XXI əsrin müqaviləsi” - Orta Dəhlizdə yeni enerji, nəqliyyat-infrastruktur razılaşmaları isə Azərbaycanın qlobal miqyasda mövqeyini daha da gücləndirməyə xidmət edəcək”, - deyə Ş.Cəlilzadə vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri