Icma.az
close
up
RU
“Azərbaycan qlobal müzakirə platformalarında söz sahibi olan ölkələrdəndir”

“Azərbaycan qlobal müzakirə platformalarında söz sahibi olan ölkələrdəndir”

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Antalya Diplomatiya Forumu Türkiyənin təşəbbüsü ilə Antalyada keçirilən və qlobal səviyyədə siyasi liderləri, diplomatları, ekspertləri bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. Forumun əsas məqsədi beynəlxalq təhlükəsizlik, regional münaqişələr, diplomatiyanın rolu, qlobal əməkdaşlıq kimi məsələlərin müzakirə olunmasıdır. 5-ci foruma 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 vitse-rəhbər, 50-dən artıq nazir, 75 beynəlxalq təşkilat nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli iştirakçının bir araya gəlməsi forumun qlobal əhəmiyyətini açıq şəkildə nümayiş etdirir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Deputat vurğulayıb ki, 5-ci Antalya Diplomatiya Forumu da beynəlxalq münasibətlər sistemində ciddi transformasiyaların baş verdiyi bir dövrdə keçirildi: “Elə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun və diplomatik fəallığının bariz göstəricisidir. Əvvəla, qeyd etmək lazımdır ki, bu forum artıq qlobal səviyyədə mühüm siyasi platformaya çevrilib. Dünyanın müxtəlif regionlarından dövlət və hökumət başçıları, siyasətçilər, ekspertlər burada bir araya gələrək ən aktual məsələləri müzakirə edirlər. Belə bir mühitdə Azərbaycanın mövqeyinin birbaşa dövlət başçısı tərəfindən təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın aktiv və çoxşaxəli xarici siyasət kursunun davam etdiyini göstərir. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüş strateji müttəfiqliyimizin sarsılmaz olduğunu bir daha təsdiqlədi. Bu münasibətlər təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda sabitliyin və inkişafın əsas sütunlarından biridir. Eyni zamanda, digər ölkələrin liderləri ilə keçirilən görüşlər Azərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirdiyini nümayiş etdirir. Bu, ölkəmizin yalnız regional deyil, daha geniş miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir”.

A.Badamov bildirib ki, forum zamanı verilən əsas mesajlara gəldikdə isə, burada bir neçə mühüm istiqamət ön plana çıxır: “Birincisi, Azərbaycan post-münaqişə dövründə regionda sülh və əməkdaşlıq gündəliyini irəli aparan əsas təşəbbüskarlardan biri kimi çıxış edir. İkincisi, ölkəmizin nəqliyyat və logistika imkanları – xüsusilə Orta Dəhliz layihəsi – Avrasiya məkanında strateji əhəmiyyət daşıyan faktor kimi təqdim olunur. Üçüncüsü, türk dünyası daxilində inteqrasiyanın dərinləşdirilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur. Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumundakı iştirakı formal xarakter daşımırdı. Bu iştirak konkret siyasi mesajların verilməsi, yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli idi. Bu gün Azərbaycan öz prinsipial mövqeyi, müstəqil siyasəti və artan iqtisadi-siyasi gücü ilə qlobal müzakirə platformalarında söz sahibi olan ölkələr sırasındadır. Antalya Forumu isə bu reallığın növbəti təsdiqi kimi qiymətləndirilə bilər”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Aprel 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri