Icma.az
close
up
RU
Azərbaycan qlobal siyasəti müəyyən edən qüvvələrin strateji tərəfdaşına çevrilir ŞƏRH

Azərbaycan qlobal siyasəti müəyyən edən qüvvələrin strateji tərəfdaşına çevrilir ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 1 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qlobal siyasəti müəyyən edən qüvvələrin strateji tərəfdaşına çevrilməkdədir. Artıq Azərbaycan regiona daim neqativ müdaxilələr ilə tarixi gedişatı dəyişməyə çalışan regional aktorların təhdidləri qarşısında hürr iradəsi ilə dayanır. Bu iradə ABŞ-dan Çinədək uzanan yolda Şərqlə Qərbi birləşdirir. Elə buna görə də avqustun 8-də Vaşinqtondakı tarixi Zirvənin ardından Prezident İlham Əliyev bu günlərdə Çindədir. Bir ayda müasir dünyanın iki aparıcı qütbünün - ABŞ və Çinin dost və tərəfdaş olaraq qarşıladığı, qlobal layihələrə ortaq etdiyi, yatırım etdiyi bir mövqeyi qazanmaq Azərbaycanın müasir Zəfər tarixi üçün yeni bir qələbə deməkdir. Bu, müharibədə Qələbə qazanan Liderin nəinki regional sülhü qazanması, həm də qlobal rəqiblər arasında balansı qoruması, qlobal sülhə töhfəsidir. Nəticə olaraq, 2024-cü ilin iyulun 3-də Azərbaycan Çinlə strateji tərəfdaşa çevrilmişdisə, cari ilin avqustun 8-də ABŞ-la strateji tərəfdaşlıq sazişinin hazırlanacağı bəyan olundu. Beləliklə, Azərbaycan qlobal balanslaşdırma siyasəti ilə yeni-yeni zirvələri fəth etməkdədir. Azərbaycan Prezidentin Çin səfəri də məhz bu baxımdan özünəməxsusdur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin Çinə səfəri həm də dünyaya yeni mesajlardır. 9 May paradı üçün Rusiyaya getməyən və bu ölkənin tarixi imperial instinktlərindən irəli gələn şovinist siyasətinə qarşı ümummilli mövqeyi cəsarətlə nümayiş etdirən dövlətimizin başçısı Çində faşizm üzərində qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirlərə və parada qatılacaq. Burada Azərbaycanın, o cümlədən təşkilatın digər müşahidəçi və dialoq ortaqlarının “ŞƏT-in tərəfdaşı” statusu alması təşkilatla əlaqələrin yüksək qiymətləndirilməsi və inkişafı üçün atılan addım sayıla bilər. Başqa ifadə ilə ŞƏT-də üzv olmadan da Azərbaycan Çində tərəfdaş olaraq qəbul edilir. Xüsusilə Vaşinqton zirvəsindən sonra belə bir qərar ikitərəfli münasibətlərin nəinki geriləməməsi, əksinə daha da inkişafı baxımından dəyərli hesab olunur.

“Səfər çərçivəsində Azərbaycan Prezidentinin ikitərəfli görüşləri də diqqətəlayiqdir və bu görüşlərin yalnız Azərbaycana, onun milli maraqlarına hörmətlə yanaşan tərəfdaşlarla baş tutduğunu, münasibətlərin daha da inkişafına yönəldiyini qeyd etmək olar. Eyni zamanda, müxtəlif şirkətlərlə nəqliyyat dəhlizləri, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, alternativ enerji, müasir yüksək texnologiyalar, və sair sahələrdə yatırım və əməkdaşlıq danışıqları diqqətəlayiqdir”, - deyə Ş.Cəlilzadə əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see252

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see201

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see192

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see186

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see176

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see154

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see154

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see153

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see153

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see145

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see141

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see141

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see139

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see139

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see137

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see135

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri