Icma.az
close
up
RU
Azərbaycan regionda iqtisadi güc mərkəzinə çevrilib Sahib Ələkbərov

Azərbaycan regionda iqtisadi güc mərkəzinə çevrilib Sahib Ələkbərov

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan regionda iqtisadi güc mərkəzinə çevrilib, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub".

525.az-a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu nazir müavini Sahib Ələkbərov “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Bakıda keçirilmiş konfransda bildirib.

O, dövlət başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin milli suverenliyimiz və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi addım olduğunu vurğulayıb, qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkədə sabitlik təmin edilib və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaranıb. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ölkədə qanunvericilik və institusional islahatların əsasını təşkil edir. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilib, xarici iqtisadi əlaqələr inkişaf etdirilib, ölkəyə sərmayələr cəlb olunub və yeni dövr sahibkarlığının əsası qoyulub.

Nazir müavini vurğulayıb ki, Ulu Öndərin inkişaf strategiyasını Prezident İlham Əliyev yeni nailiyyətlərlə davam etdirir: "Çevik iqtisadi yanaşmalar, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, sərmayələrin cəlb edilməsi istiqamətində tədbirlər ölkəmizin iqtisadi uğurlarını artırır".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli isə bildirib ki, “Konstitusiya və Suverenlik İli” milli dövlətçilik dəyərlərinə, ölkənin siyasi tarixinə ali ehtiramın təcəssümüdür. O, Heydər Əliyevin güclü milli dövlətçilik strategiyasının, suverenlik salnaməmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən tədqiqinin və təbliğinin önəmini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://525.az
archiveBu xəbər 27 May 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri