Icma.az
close
up
RU
Azərbaycan qlobal fikir mərkəzinə çevrilib

Azərbaycan qlobal fikir mərkəzinə çevrilib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Qlobal Bakı Forumunu yəqin ki, dünyanın ən böyük "beyin mərkəzi" adlandırmaq da olar. Bu, fəaliyyətdə olan və keçmiş siyasətçilərin - qlobal miqyaslı intellektualların çox maraqlı və önəmli, verimli düşüncə platformasıdır.

Rene Dekart deyirdi: "Düşünürəmsə, varam". Bu, sadəcə, gəlişigözəl bir söz deyil. Bütün başlanğıcların, təşəbbüslərin, inkişafın əsasında ideyalar dayanır. Proqressiv ideyalar isə sağlam düşüncənin, doğru və uğurlu işləyən"fikir fabriki"nin məhsuludur.

Azərbaycanda keçirilən belə forumlar məhz bu cür düşüncə generasiyası üçün sınanmış platforma rolunu oynayır.

Elə martın 13-də Bakıda, “Gülüstan” sarayında keçirilən XII Qlobal Bakı Forumu da bu missiyanın daşıyıcısıdır. Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi keçirib. Həmişəki kimi aktual mövzu seçilib: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”.

Qoyulan məsələ, göründüyü kimi, iki hissədən ibarətdir: yeni dünya düzəni və hazırkı problemləri yeni fürsətlərə çevirmək.

Forumda ev sahibinin - prezident İlham Əliyevin çıxışındakı mesajlar da bu istiqamətlərə yönəlmişdi.

Hamı dərk edir ki, dünya artıq əvvəlki deyil, qlobal düzən çökür, beynəlxalq birgəyaşayış münasibətləri sarsılır, geosiyasi tarazlıq pozulur, oyun qaydaları dəyişir, yaxud dəyişmə zərurəti ilə üz-üzə qalıb. Ancaq daha adil və stabil bir düzəni necə qurmaq olar? Bax, bu sual ətrafında hamılıqla və dərindən düşünmək, konstruktiv, dayanıqlı dünya sisteminin konturlarını cızmaq lazımdır.

Azərbaycan bu mənada - bu məqsədlə dünyanın fikir mərkəzinə çevrilib. Hər halda Bakı qlobal düşüncə fabriklərindən biridir. Dünyada bir çox aktorların yanaşması belədir: "Ağıllı olub dərd çəkincə, dəli ol, dərdini çəksinlər". Rusiya-Ukrayna müharibəsi, məsələn, dünya liderlərinin ən böyük dəliliklərindən biridir.

Amma hamı dəli ola bilməz ki! Kimsə ağıl işlətməli, bu durumdan çıxmağın yollarını axtarmalıdır, elə deyilmi?!

Bəli, dünyada bir neçə qlobal güc mərkəzləri var. Gücü təmsil edən, gücə söykənən siyasət, geosiyasət yeridən mərkəzlər məlumdur. Onlar arasında qlobal rəqabət də bəllidir. Ancaq bu rəqabət bəzən öz təbii sərhədlərini aşır, qarşıdurmaya, hətta müharibəyə çevrilir. Bundan isə təkcə həmin güclər deyil, bütün dünya əziyyət çəkir.

Ancaq bu cür gücə dayanan münasibətlərə alternativ modellər də var. Həmin modellərdən biri düşüncənin iradəsidir. Kimsə silahla öz məqsədlərinə nail olmaq istəyir. Ancaq silaha ehtiyac duymayan həllər də var. Bakı Forumu məhz bu həll modellərini axtarır, tapır, yaradır.

Əslində Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev də elə bunları nəzərdə tutaraq deyib ki, Azərbaycan Cənubi Qafqazda dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan münasibətlər modelini təklif edib.

Nədir bu ideyanın məğzi?

Azərbaycan öz nümunəsində göstərdi ki, bir-birinin "qırmızı xətt"lərini keçmədən də birgəyaşayış mümkündür. Şimali Amerikada, Qərbi və Mərkəzi Avropada tez-tez eşidilən bir fikir var: bir şəxsin hüdudlarının bitdiyi yerdə, başqasının hüdudları başlayır. Bir dövlətin sərhəddinin qurtardığı nöqtələrdə də artıq başqa dövlətin və ya dövlətlərin ərazisi başlayır. Şəxsi həyat, şəxsin toxunulmazlığı qanunla qorunduğu kimi, dövlətlərin də toxunulmazlığı milli qanunvericiliklə və beynəlxalq konvensiyalarla qorunur. Əslində bu, yeni model də deyil, sadəcə, bu modeli real məzmunla doldurmaq lazımdır. Bakı Forumu məhz bu məzmunu axtarır və tapıb, təklif edir.

"Azərbaycan dünyanın fikir mərkəzinə çevrilir" deyəndə, bəlkə bu, çoxlarına qəribə görünər. Ancaq hər cür idarəçiliyin, o cümlədən, siyasi menecmentin əsas alətlərindən biri məhz fikrin gücüdür. Kimsə dünya siyasətində öz valyutasının hakimiyyətini qurub, yaxud hansısa məsələləri silahla, ordu gücü ilə həll edir və sair. Azərbaycan isə qlobal fikir gücünü formalaşdırır, dünyada prosesləri düşüncənin yaradıcı enerjisi ilə yönləndirməyə çalışır.

O baxımdan, Azərbaycan prezidenti sadəcə öz dövlətinin başçısı deyil, həm də qlobal fikir gücünün lideridir. Hər halda liderlərindən biridir. Bunu təkcə bu forum göstərmir; indiyə qədər Bakıda çoxlu belə konfranslar keçirilib; dünyanın koqnitiv imkanları Bakıda bir araya gətirilib, bu plaforma yeni proqressiv ideyaların generatoruna çevrilib.

Məsələn, Azərbaycan Cənubi Qafqazın timsalında yeni dünya düzəninin lokal nümunəsini təklif edir, bunu formalaşdırmağa çalışır. Bu forum çərçivəsində də deyildi: məsələn, Azərbaycanla Gürcüstan arasındakı münasibətlər Ermənistan üçün də nümunə ola bilər.

Azərbaycan nəyə görə Ermənistan Konstutusiyasından ərazi iddialarının çıxarılmasını istəyir?! Çünki əvvəl də yazdığımız kimi, Azərbaycan bir dəfəlik deyil, birdəfəlik sülh istəyir. Dünyanın qlobal gücləri, ümumiyyətlə, böyüklü-kiçikli bütün ölkələr bir-birinə qarşı dürüst və zərərsiz münasibət göstərsə, bu, hamının xeyrinə deyilmi?! Əlbəttə, hamının xeyrinədir. Azərbaycan bu gün insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli bilinənlər üzərində məhkəmə qurub. Qlobal Bakı Forumu bir baxımdan necə mühümdürsə, Bakı məhkəməsindəki məlum proses də o qədər önəmlidir. Bu, əslində Nürnberq qədər qlobal ədalət mühakiməsidir. Çünki burada təkcə Azərbaycana, Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı cinayətlər araşdırılır və hüquqi qiymət də məhz bu səviyyədə veriləcək. Azərbaycan prezidentinin köməkçisi deyir ki, insanlığa qarşı cinayət törədib, Ermənistan ərazisində gizlənənlər var, onlar da məsuliyyətə cəlb olunmalıdır. Elə təkcə Ermənistanın birinci üç prezidentini götürək. Bunlar insanlıq əleyhinə cinayət törətmiş şəxslərdir. Bunu heç özləri də gizlətmir. Eləcə də, Ermənistanın başqa siyasi və hərbi rəhbərləri. Bunları - bu cür adamları cinayət məsuliyyətindən yayındırmaq özü cinayətkarcasına məsuliyyətsizlikdir. Üstəlik Bakıdakı məhkəmə prosesinə qarşı təbliğat kampaniyası qurmaq ikiqat məsuliyyətsiz hərəkətdir. Ermınistanın indiki rəhbərləri də bu cür davranışlarla əvvəlkilərin cinayətlərinə istər-istəməz şərik olurlar. Ermənistan hökuməti bu gün məhz belə bir davranış sərgiləyir - cinayətkarcasına məsuliyyətsizlik göstərir.

Azərbaycan qonşuluq münasibətləri, dostluq, tərəfdaşlıq istəyir. Ona görə bu iki dövlət arasında münasibətlərin dürüst qurulmasına çalışır. Keçmiş münaişənin nəticələrini aradan qaldırmağı, gələcəyə münaqişə perspektivi saxlamamağı təklif edir.

Azərbaycanla Ermənistan arasında gələcək sülhə hələ də keçmiş müharibənin kölgəsi düşür. Azərbaycan bunu aradan qaldırmağa çalışır. Ona görə Ermənistanı silahlanmaqdan çəkindirir, Cənubi Qafqazda silahlanma yarışını, bu yarışa səbəb olan faktorları aradan qaldırmaq istəyir. Dinc quruculuğa daha çox diqqət, vaxt, resurs ayırmağa çağırır.

Azərbaycan öz düşüncəsində münaqişəsiz, müharibəsiz, dinc və inkişaf edən bir Cənubi Qafqaz qurub artıq; bu xəyalı, daha doğrusu, bu planı reallığa çevirməyə çalışır. Bu istiqamətdə addım-addım irəliləyir. Dünyanı da məhz belə görür; problemlərin vuruşaraq deyil, danışaraq həll olunduğu bir dünya modelini təklif edir. Bakı fikir, dialoq platforması da məhz bu məqsədə yönəlib. Azərbaycan prezidentinin siyasi qütblər arasında, dini konfessiyalar, etnik mədəniyyətlər arasında dialoq konsepsiyasının məğzi, mahiyyəti də budur.

Dünyada, o cümlədən, bizim bölgəmizə yaxın coğrafiyalarda gedən müharibələrə, qırğınlara, insanlıq əleyhinə törədilən cinayətlərə baxanda, bəzi insanlar hətta İlahi iradəni belə sorğulayır. Ancaq həmin adamlar bir şeyi unudur: Yaradan insana ağıl, şüur, düşünmə qabiliyyəti verib, danışmağa dil verib. Hətta müxtəlif dilləri öyrənib, danışmaq imkanı verib. Qalanını insanın özünə buraxıb ki, özü doğru yolu düşünüb tapsın. Azərbaycanın qlobal fikir platformasındakı rolu, yeri məhz bu ilahi fəlsəfəyə söykənir. Bugünkü Qlobal Bakı Forumu da bu fəlsəfənin platformasıdır.

Dahilərdən biri deyib: "İnsanlar körpü quracaqları yerdə divar hördükləri üçün bədbəxtdirlər".

Azərbaycan dövləti, dövlət başçısı məhz körpü salmağı təklif, təlqin, təşviq edir. Divar hörmür, körpü qurur. Sonucda dövlət də insanlar deməkdir. Azərbaycan siyasətin mərkəzinə insanı və insanlığı qoyur. İnsanlıq əleyhinə cinayət törədənlərə qarşı məhkəmə prosesi də əslində bir körpüdür, divar deyil. Avropa əgər Nürnberq prosesindən keçməsəydi, bu günkü dinc və inkişaf etmiş Avropa olmazdı. Avropa İttifaqı heç olmazdı.

Yeri gəlmişkən, Avropa İttifaqına can atan Ermənistan da əvvəlcə Avropa tarixinin bu fəlsəfəsini öyrənməlidir. Bir əlini uzadıb sülh istəmək nədir, o biri əlindəki silahla bizi nişan almaq nədir?! Dinc qonşuluq bu cür olmur. Biz: "Ermənistan öz Konstitusiyasından ərazi iddialarını çıxarsın" deyəndə, iki toplum, iki ölkə arasındakı divarları sökməyə, körpü salmağa çalışırıq. Qarşı tərəf isə divar hörməyə davam edir. Bu divarlardan biri bölgəyə kənar gücləri gətirmək olsa gərək. Başqa divarlar da var. Ancaq bu yanaşma heç kimə xoşbəxt perspektiv vəd etmir.

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Mart 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see352

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see314

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see284

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see275

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see274

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see273

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see263

200 sərnişin Bakıya gəldi, baqajları İstanbulda qaldı BİABIRÇI HADİSƏ

20 İyun 2026 22:50see234

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see230

İnfarktdan sağ çıxanlar: Bir neçə saat əvvəl bunu yeyiblər

21 İyun 2026 01:55see217

Pakistanın Baş naziri və ordu komandanı ABŞ İran danışıqları üçün İsveçrəyə uçub

21 İyun 2026 02:00see216

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır“ Taleh Yəhyayevdən ŞOK sözlər

21 İyun 2026 10:17see215

Niderland İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

21 İyun 2026 04:26see211

Benzinlə bağlı gözlənilməz qərar BU ÖLKƏDƏ

20 İyun 2026 23:55see197

Rusiyanın hücumları zamanı Zelenski öldürülüb? Video yayıldı

21 İyun 2026 17:42see191

Sinəsini böyütdü, ölümdən son anda döndü

22 İyun 2026 01:47see185

Yamal ərəb azarkeşlərə belə cavab verdi Foto

22 İyun 2026 02:50see173

Noyer dünya çempionatında rekorda imza atdı

21 İyun 2026 01:37see167

“Müttəfiqlər qurbanı öyrədir“ Ukrayna və Qərb arasında tarixi yaddaş və siyasi gərginlik“ Ramiz Yunus

21 İyun 2026 19:51see155

Livanda ölənlərin sayı 4057 nəfərə çatdı

21 İyun 2026 01:07see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri