Icma.az
close
up
RU
Azərbaycan regionda yaşıl enerji istehsalına ən çox sərmayə cəlb edən ölkədir

Azərbaycan regionda yaşıl enerji istehsalına ən çox sərmayə cəlb edən ölkədir

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"“Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji üzrə potensialının kifayət qədər yüksək olduğunu qeyd etdi. Belə ki, təkcə ölkəmizin külək enerjisi potensialı 150 gigavatdan yüksəkdir". 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O, bildirib ki, 2030-cu ilədək bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizə qədər yüksəlməsini hədəfləyən Azərbaycanın yaşıl enerji potensialı 27 min MVt olaraq qiymətləndirilir. Onun əhəmiyyyətli hissəsi- 23 min meqavatı günəş enerjisinin payına düşür: 

"Azərbaycan regionda yaşıl enerji istehsalına ən çox sərmayə cəlb edən ölkədir. Son illərdə Azərbaycanda yaşıl enerji istehsalına 1 milyard ABŞ dollardan çox investisiya yönəldilib. Bu vəsait yalnız Azərbaycanda deyil, həm də regionda yaşıl enerji effektivliyinin artırılmasına və enerjidən səmərəli istifadəyə töhfə verir. Həm müqayisələr, həm də rəqəmlər göstərir ki, Azərbaycan yaşıl enerji və enerji effektivliyinin gücləndirilməsində regionda lider ölkələrdəndir. 

İllik 13 milyard kubmetr daxili qaz istehlakı olan Azərbaycanda alternativ enerjidən istifadə iqtisadi baxımdan da əhəmiyyətlidir. Yeni yaşıl enerji istehsalı güclərinin istifadəyə verməklə Azərbaycan 2030-cu ildə elektrik enerjisinin istehsalına yönəldilən 1,2 milyard kubmetr təbii qaza qənaət edə biləcək. Qaz istehlakının 5 milyard kubmetrə yaxının əhalinin payına düşdüyünü nəzər alsaq, istilik sistemində yaşıl enerjidən istifadə daha az təbii qaz sərfiyyatı demək olacaq. Bu isə, bir tərəfdən ümumi istehlakda yaşıl enerjinin payının yüksəlməsinə, digər tərəfdən isə qaz ixracını artırmaqla ölkəyə daha çox valyutanın daxil olmasına gətirib çıxaracaq. Bu həm ekoloji baxımdan, həm də qaz istehlakının optimallaşdırılması baxımdan əhəmiyyətlidir. 

Göründüyü kimi, alternativ enerjidən istifadə həm ekoloji, həm yaşıl iqtisadiyyat prinsipləri baxımından vacib olmaqla yanaşı, iqtisadi potensialın genişləndirilməsi aspektindən də əhəmiyyətlidir". 

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Yanvar 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri