Icma.az
close
up
RU
Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox sərmayə yatıran ölkədir RƏY

Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox sərmayə yatıran ölkədir RƏY

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"COP29-da iqlim maliyyəsi üzrə mühüm beynəlxalq razılaşmanın əldə olunması çox vacibdir".

Moderator.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələr sırasındadır:

“Hesablamalara görə, Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Yaşıl enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt -dır. O cümlədən, külək enerjisi üzrə 3 min, günəş enerjisi üzrə 23 min, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bu baxımdan, ölkənin enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir”.

Ekspert ətraf mühitin qorunmasının Azərbaycan üçün qlobal sabitlik, təhlükəsizlik və sülh məsələləri qədər böyük əhəmiyyət daşıdığını bildirib:

“Bu ay ölkənin COP29-a ev sahibliyi etməsi qarşıdakı illərdə qlobal enerji keçidi və enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm hadisədir. Nəzərə almaq lazımdır ki, 2050-ci ilə qədər qlobal miqyasda enerji keçidinə 100-200 trilyon dollar tələb olunacaq. İnkişaf etməkdə olan ölkələr üçün isə hər il təqribən 6 trilyon dollar tələb oluna bilər".

O qeyd edib ki, belə olan təqdirdə, COP29-da iqlim maliyyəsi üzrə mühüm beynəlxalq razılaşmanın əldə olunması çox vacibdir:

"Ölkə olaraq, yaşıl enerji mənbələrinə əsaslanan yeni enerji sistemlərinin şaxələndirilməsi sahəsində addımlar atmaqla, Gürcüstan, Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətlərində yeni Yaşıl Enerji Dəhlizlərinin və inteqrasiya edilmiş yeni enerji bazalarının formalaşmasında maraqlıyıq. "Yaşıl artım" ölkəsinə çevrilmək Azərbaycanın milli hədəflərindəndir. Bu mənada COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə beynəlxalq dəstəyin ifadəsidir”.

Z.Vəliyev qarşıdakı dövr üçün ölkədə yaşıl enerji istehsalı ilə bağlı yeni istehsal güclərinin formalaşacağını vurğulayıb:

“Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox sərmayə yatıran ölkədir. Son bir neçə ildə bu sahəyə yönəldilmiş yaşıl investisiyaların həcmi 1 milyard dollardan artıqdır. Bu mənada 2030-cu ilə qədər ölkənin bərpaolunan enerji potensialını inkişaf etdirməklə, enerji portfelində bərpaolunan enerjinin iştirak payını 30 faizə çatdırması hədəflənib”.

Ekspertin fikrincə, Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər ölkənin bu sahədə istehsal gücünü artıracaq:

"Ölkənin böyük bərpa olunan enerji potensialını nəzərə alaraq yaşıl enerji sahəsində ixtisaslaşmış “Masdar” şirkəti ilə 10 QVt-dək həcmdə müqavilələr bağlanıb. Bağlanmış müqavilələr qarşıdakı illərdə bərpaolunan enerji növlərinin istehsalını nəzərdə tutur. Sazişə görə, ilkin mərhələdə quruda sənaye təyinatlı 1 QVt gücündə külək enerjisi, 2 QVt gücündə dənizdə külək və yaşıl hidrogen istehsalı layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi planlaşdırılıb. Bu isə qarşıdakı dövrdə ölkədə yaşıl enerji üzrə yeni istehsal güclərinin formalaşması deməkdir".

Ekspertin sözlərinə görə, buradan belə nəticəyə gəlmək olar ki, COP29 çərçivəsində Azərbaycan öz yaşıl enerji potensialını və indiyədək sənaye istismarına verilmiş yaşıl enerji güclərini təqdim etmək imkanı qazanacaq:

"Bu isə qarşıdakı illərdə ölkəyə yaşıl investisiyanın cəlbinə, yaşıl iqtisadiyyatın inkişafına, eləcə də yaşıl enerji sahəsində beynəlxalq ixrac qabiliyyətinin artırılmasına təkan verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri