Icma.az
close
up
RU
Azərbaycan regionun əsas idman gücünə çevrilib

Azərbaycan regionun əsas idman gücünə çevrilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Dövlətin idmana göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan beynəlxalq arenada güclü idman ölkəsi kimi tanınır. Başa çatmaqda olan 2024-cü ildə idmançılarımızın əldə etdikləri nailiyyətlər Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da artırır. Prezident  İlham Əliyevin ilin idman yekunlarına həsr olunan mərasimində qeyd etdiyi kimi, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. İdmançılarımızın beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiklərini bildirən dövlət başçısı xüsusilə vurğuladı ki, bu, idmanımızın inkişaf etdiyini göstərir. Buna görə də, uğurlu idman siyasəti nəticəsində qarşıdakı ildə də idman qələbələrimizin davam edəcəyinə heç bir şübhə yoxdur.

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki,mötəbər beynəlxalq yarışlar, idmançıların dünya arenasında çoxsaylı uğurları - bütün bu xəbərlər bizə tanışdır. 2015-ci ildə birinci Avropa Oyunlarına və 2016-cı ildə “Formula-1” Avropa Qran-prisinə, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən Bakı şəhəri Azərbaycanın hərtərəfli inkişafını nümayiş etdirir. Bütün bunlar belə deməyə əsas verir ki, bu sahədə qazandığımız uğurlar Prezident İlham Əliyevin idman siyasəti sayəsində mümkün olmuşdur. 1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti oldu və 22 il ərzində ölkənin baş idman idarəsinə uğurla rəhbərlik etdi. Ölkə Prezidenti kimi də cənab İlham Əliyev MOK-un rəhbəri olaraq ölkənin idman həyatında fəal iştirak edir. Azərbaycan idmançılarının Olimpiya Oyunlarında əldə etdikləri nəticələr də bu fəallığın təzahürüdür. Buna görə də, təsadüfi deyil ki, ötən illər ərzində Azərbaycanın regionun əsas idman gücünə çevriləsi təsadüfi qarşılanmır - respublikamızda dünya və Avropa çempionatları və digər yüksək dərəcəli beynəlxalq yarışların keçirildiyini artıq saymaq mümkün deyil. 

Bütün bunların zirvəsi 2015-ci ildə Bakıda zəfərlə keçirilən birinci Avropa Oyunları oldu. İki ildən sonra Azərbaycanın paytaxtı İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Yaxşı ənənəyə uyğun olaraq, daha iki ildən sonra Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçirildi. Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçısı Azərbaycanın idman həyatını diqqətlə izləyir. Prezident İlham Əliyev işinin çox olmasına baxmayaraq, Azərbaycanda keçirilən, demək olar ki, bütün beynəlxalq yarışlarda şəxsən iştirak edir. Dövlətin birinci şəxsinin dəstəyinin hər bir idmançı üçün nə demək olduğunu deməyə ehtiyac yoxdur. Azərbaycan idmançılarının uğurları ölkə prezidentindən də yan keçmir. Hər il onlarla idmançıya mənzillər, mükafatlar, fəxri adlar verilir. Çox mühümdür ki, Azərbaycan idmanının veteranları qayğıdan məhrum deyillər. Prezident çıxışında bununla bağlı bildirdi ki, bu proses artıq 27 ildir davam edir. Dövlət başçısı diqqətə çatdırdı ki, idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir. 

Əlbəttə, Prezident İlham Əliyevin idmançılara və məşqçilərə yüksək qiymət verməsi gənc nəsillə yanaşı, idmanın inkişafı naminə çalışan bütün insanları da həvəsləndirir. Dövlətimizin başçısı idmançıların sosial vəziyyətinə xüsusi diqqət yetirir ki, bu da onların çıxışına böyük stimuldur. 

Gələn il Azərbaycan növbəti böyük idman yarışına evsahibliyi edəcək. Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri olan Gəncədə bu məqsədlə yeni müasir kompleks tikilir. Prezident İlham Əliyev bununla bağlı çıxışında bildirdi ki, üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Dövlət başçımızın sözlərinə görə, bu qədər iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Bu oyunlara da hazırlaşdığımızı diqqətə çatdıran Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, MDB Oyunlarının ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər. 
Deputat sonda qeyd edib ki, dövlət başçımız ölkəmizdə böyük beynəlxalq idman tədbirlərinin keçirilməsini həm Azərbaycanın potensialını, həm siyasətini, həm də imkanlarını göstərmək baxımından yüksək qiymətləndirir. İdman sahəsində davamlı inkişaf əminliklə deməyə əsas verir ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti ölkədə idmana olan marağın daha da artmasına və sağlam nəslin yetişməsinə güclü təkan verməklə bərabər, hərtərəfli faydaların əldə olunmasına da müsbət təsir göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri