Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan regionun əsas idman gücünə çevrilib

Azərbaycan regionun əsas idman gücünə çevrilib

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Başa çatmaqda olan 2024-cü ildə idmançılarımızın əldə etdikləri nailiyyətlər Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da artırır.


Prezident cənab İlham Əliyevin ilin idman yekunlarına həsr olunan mərasimində qeyd etdiyi kimi, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. İdmançılarımızın beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiklərini bildirən dövlət başçısı xüsusilə vurğuladı ki, bu, idmanımızın inkişaf etdiyini göstərir. Buna görə də, uğurlu idman siyasəti nəticəsində qarşıdakı ildə də idman qələbələrimizin davam edəcəyinə heç bir şübhə yoxdur.

Qazandığımız medallar idman növlərindəki əzmi və istedadı nümayiş etdirdi. İdmançılarımızın yarışdakı uğurları gənc nəsil üçün ilham mənbəyi oldu və idman mədəniyyətinin inkişafına töhfə verdi. Bu nailiyyətlər, yalnız idmançıların şəxsi uğurları deyil, eyni zamanda ölkənin idman siyasətinin və infrastrukturunun müsbət nəticəsi kimi də qiymətləndirilir. 2024-cü ildəki iştirak, Azərbaycanın idman sahəsindəki potensialını bir daha ortaya qoydu və gələcək uğurlar üçün möhkəm bir baza yaratdı.

2015-ci ildə birinci Avropa Oyunlarına və 2016-cı ildə “Formula-1” Avropa Qran-prisinə, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Bakı şəhəri Azərbaycanın hərtərəfli inkişafını nümayiş etdirir. Bütün bunlar belə deməyə əsas verir ki, bu sahədə qazandığımız uğurlar Prezident İlham Əliyevin idman siyasəti sayəsində mümkün olmuşdur. Buna görə də, təsadüfi deyil ki, ötən illər ərzində Azərbaycanın regionun əsas idman gücünə çevriləsi təsadüfi qarşılanmır - respublikamızda dünya və Avropa çempionatları və digər yüksək dərəcəli beynəlxalq yarışların keçirildiyini artıq saymaq mümkün deyil.

Gənclərin vətənpərvərlik hisslərinin aşılanmasında idmanın rolu olduqca önəmlidir. İdman, yalnız fiziki aktivliyi deyil, eyni zamanda birgə fəaliyyət, komanda ruhu və qarşılıqlı dəstək prinsiplərini təbliğ edir. Bu, gənclərə həm də öz ölkələrinə olan bağlılıqlarını gücləndirməkdə kömək edir. Dövlətimizin başçısı çıxışında bu məqama da toxunaraq xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amilinin çox böyük məna daşıdığını vurğulayıb: “İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır”. İdman yarışları, gənclərin ölkələrinin uğurlarını dəstəkləməyə təşviq edir. İdmançıların qələbələri, milli qürur hissini artırır və gəncləri vətənpərvər davranışlara yönləndirir. Ümumilikdə, idman gənclərə yalnız fiziki yetkinlik deyil, həm də sosial və mədəni dəyərləri aşılayır, onları öz ölkələrinə bağlı və vətənpərvər insanlara çevirir.

Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək. Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri olan Gəncədə bu məqsədlə yeni müasir kompleks tikilir. Prezident İlham Əliyev bununla bağlı çıxışında bildirdi ki, üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Dövlət başçımızın sözlərinə görə, bu qədər iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Bu oyunlara da hazırlaşdığımızı diqqətə çatdıran Prezident cənab İlham Əliyev əmin olduğunu bildirdi ki, MDB Oyunlarının ev sahibi kimi Azərbaycan idmançıları yaxşı nəticələr göstərəcəklər

Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə bərpa yenidənqurma işləri aparılır, idman zalları, idman meydançaları, olimpiya mərkəzləri və stadionlar tikilir.

Dövlət başçısının Azərbaycan idmanına göstərdiyi qayğının nəticəsidir ki bu gün idmançılarımız dünyanın hər bir nöqtəsində Azərbaycan bayraqını ucaldır, Azərbaycan Himnini səsləndirirlər.



Günel Həsənova,

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri