Icma.az
close
up
RU
“Azərbaycan regionun supergücü kimi Gürcüstanın inkişafına hər baxımdan dəstək verir” RƏY

“Azərbaycan regionun supergücü kimi Gürcüstanın inkişafına hər baxımdan dəstək verir” RƏY

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda cənab Prezident İlham Əliyev bir çox istiqamətlərdə proqram xarakterli və dünya ictimaiyyətinə tam anlaşılır şəkildə sualları cavablandırdı, həm də öz fikirlərini bildirdi. Bunlardan ən mühümü qonşumuz Gürcüstan barədə fikirlər idi. Gürcüstan və Azərbaycan həm tarix, həm xalqlarımız arasında çoxəsrlik dostluq nümunələri baxımından, o cümlədən bizimlə daim iqtisadi, siyasi, mədəni əlaqələri olan qonşu ölkə kimi hər zaman mühüm əhəmiyyət kəsb edib. Azərbaycan beynəlxalq arenada yürütdüyü siyasətdə daim Gürcüstanla qarşılıqlı maraqlar, bir-birinin ərazi bütövlüyünə hörmət, “Qafqaz evi” çərçivəsində daim müsbət əlaqələrə malik olub”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupun üzvü Müşfiq Məmmədli deyib.

“Zaman-zaman bəzi ölkələrin prosesləri başqa məcraya yönəltsələr də, ölkələr, insanlar arasında əlaqələri həm şimaldan, həm cənubdan pozmaq üçün niyyətləri olsa da, müxtəlif cəhdlər etsələr də, hər iki dövlətin və hər iki xalqın ayıq-sayıq davranması proseslərin qarşısını alıb. Xüsusən, Ulu Öndərin bünövrəsini qoyduğu və cənab Prezident İlham Əliyevin davam etdirdiyi Azərbaycanın dövlət siyasəti Gürcüstan xətti üzrə özünəməxsusluğu ilə seçilir. Gürcüstan və Azərbaycan bir-birilərinin daxili işlərinə qarışmamaq şərtilə qarşılıqlı ərazi bütövlüyünü tanıyıblar. Bütün iqtisadi əlaqələr, tranzit yollar, neft kəmərləri, eləcə də digər məsələlərdə daim bir-birilərinə dəstək veriblər. Cənab Prezidentin qeyd etdiyi kimi, xüsusən, Gürcüstanın yeni seçilmiş hökumət başçısının ilk səfərini Azərbaycana etməsi bu istiqamətdə atılan nümunəvi addımlardan biridir. Çünki simvolik xarakter daşıyır və ikitərəfli əlaqələrə nə qədər önəm verildiyini göstərir. Azərbaycan, demək olar, Gürcüstan iqtisadiyyatının drayver ölkəsinə çevrilib. Azərbaycan regionun supergücü kimi özü inkişaf etdikcə Gürcüstanın da inkişafına hər baxımdan dəstək verir. Gürcüstanın da bu yöndə necə dəyişdiyinin şahidi olmuşuq. Mərkəzi Asiya ölkələri ilə dostluq, qardaşlıq əlaqələrinə malik olan Azərbaycan və Azərbaycandan keçməklə Gürcüstanın da prosesə cəlb olunması baxımından mühüm əhəmiyyətli layihələri göstərə bilərik. Sonradan SOCAR-ın Gürcüstanın böyük layihələrinin icrasına investisiyalar yatırması, Gürcüstanın dəniz limanlarından istifadə, eləcə də Şərq-Qərb dəhlizinin mühüm əhəmiyyət kəsb etdiyini görürük. Gürcüstan yaşıl enerjinin ötürülməsində tranzit baxımdan Azərbaycanın qonşusu kimi önəmli rola malikdir. Burada əsas söz sahibi Azərbaycandır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına baxmayaraq, sadaladığım məqamları da nəzərə alaraq Avropa İttifaqına daxil olan ölkələrin daha fərqli istiqamətdə proseslərə cəlb olunmalarını, kollektiv Qərbin aparıcı şəxslərinin daha çox Ermənistan və Azərbaycan arasında sərhədlərin açılmasına fokslanmalarının, Türkiyə və Ermənistan arasındakı münasibətlərin daha fərqli məcraya yönəldilməsi, daha çox qarşılıqlı şəkildə Ermənistanın tranzit ölkə, prosesdə sülh qovşağı və s. layihələrdə ön plana çıxarılmasının, sanki Gürcüstanın gözdən qaçırılmasının şahidi oluruq. Möhtərəm cənab Prezident bu istiqamətdə çox açıq və qəti fikir bildirdi ki, bizim Gürcüstanla indiyə qədərki əlaqələrimiz əslində bu proseslərin uğurlu getməsinin bir nümunəsidir. Ermənistanın bura hansısa istiqamətdə qoşulması sanki arabanın beşinci təkəri sindromunu xatırladır. Qarşılıqlı əlaqələri həyata keçirmək, prosesdə yaxından iştirak etmək üçün Ermənistan baxımından bir maneə var. Bunun əsas səbəbi Ermənistanın əsrlər boyu davam edən "milli ideyası", bundan əvvəlki dövrdə də, hazırda da Ermənistanda avanqard rolunu oynayan siyasi qüvvələrin siyasi naşılığı və korluğudur. Zamanında Azərbaycanın maraqlarına və beynəlxalq hüququn normalarına uyğun addımlar atmaqdansa, regionu barıt çəlləyinə çeviriblər. İndi isə öz etdiklərinin bəhrəsini görürlər. Əslində, Azərbaycan, Gürcüstan, Türkiyə, Mərkəzi Asiya ölkələri arasında qurulmuş mexanizmlər var. Ermənistanın prosesdə iştirak edib-etməməsi o qədər də önəm daşımır. Bu, Ermənistanın özü üçün vacibdirsə, əsas aparıcı qüvvə Azərbaycan və Gürcüstan olmaqla, Qərb ölkələri tərəfindən öz enerji təhlükəsizliyi baxımından faydalı təkliflər irəli sürməlidirlər, nəinki Ermənistanı hansısa yolla reanimasiya etmək cəhdləri. Bu, yolverilməzdir. Forumda cənab Prezident tam aydın şəkildə bütün ictimaiyyəti, beynəlxalq forum iştirakçılarını, eləcə də lazım olan siyasi dairələri kifayət qədər məlumatlandırdı, qəti mövqeyini ortaya qoydu”, - deputat bildirib.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see144

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see138

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see118

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri