Icma.az
close
up
RU
Azərbaycan, Türkiyə, Pakistan kimi güclərin birləşməsi regionun təhlükəsizliyi baxımdan çox vacibdir RƏY

Azərbaycan, Türkiyə, Pakistan kimi güclərin birləşməsi regionun təhlükəsizliyi baxımdan çox vacibdir RƏY

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan-Türkiyə-Pakistan birliyi daha da möhkəmləndi. İşğaldan azad olunmuş Laçında liderlərin sayca 2-ci üçtərəfli Zirvə görüşü, Azərbaycanın Müstəqillik Günündə 3 qardaş ölkənin bir yerdə olması, ilk növbədə, daha bir ciddi siyasi uğurdur. Bu, bir daha onu göstərir ki, ölkələrimiz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır, bir-birinə həmrəylik, dəstək göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat bildirib ki, Azərbaycan orta güc, dünyada öz imzası olan etibarlı tərəfdaş, Türkiyə NATO ölkəsi və qlobal miqyasda güc sahibi, Pakistan isə nüvə dövlətidir. Bu güclərin birləşməsi regionun təhlükəsizliyi baxımdan çox vacibdir. Liderlərin bəyan etdikləri kimi, tərəflər ən mürəkkəb zamanda bir araya gələrək əməkdaşlığı gücləndirirlər. Laçın Zirvə görüşündə üçtərəfli əməkdaşlığın yeni səhifəsi açıldı.

“Bir daha aydın oldu ki, dostluğa, qarşılıqlı hörmətə və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin ikitərəfli, həmçinin çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün yaxşı potensial mövcuddur. Ölkələrimiz regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində geniş əməkdaşlıq imkanlarına malikdir. Məlum olduğu kimi, Türkiyə və Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdir. Həm Ankara, həm də İslamabad bu vaxta qədər həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib”, - deyə K.Nurullayeva vurğulayıb.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu ilin fevralında ölkəmizdə səfərdə olduğunu xatırladan deputat həmin səfər zamanı Prezident İlham Əliyevlə keçirilən görüşlərdə gələcək əməkdaşlığa dair mesajların verildiyini bir daha diqqətə çatdırıb. Deyib ki, Bakıda imzalanan sənədlər ölkələrimiz arasında əlaqələri daha da gücləndirməkdədir. Azərbaycan, eyni zamanda, ötən ilin sonunda Türkiyə və Pakistanın da təmsil olunduğu D-8-in üzvüdür.

“Laçında keçirilən görüşlər bir daha göstərdi ki, Azərbaycan-Türkiyə-Pakistan strateji tərəfdaşlığı beynəlxalq arenada da getdikcə güclənir. Ölkələrimizin regional siyasətdəki rolu müsəlman dünyasındakı nüfuzu ilə də müəyyən edilir. Hər üç ölkə həm xalqların mənafeyi, həm də regional sülh və sabitlik naminə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək üçün ardıcıl səyləri bundan sonra da davam etdirəcək”, - deyə Könül Nurullayeva bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri