Icma.az
close
up
RU
“Azərbaycan rəhbərliyi gərəkən dəstəyi verməyə hazırdır”

“Azərbaycan rəhbərliyi gərəkən dəstəyi verməyə hazırdır”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana çoxdan gözlənilən səfəri artıq sona çatıb. Özünün də vurğuladığı kimi əminəm ki, burada doğrudan da Təbriz və Ərdəbil doğmalığı gördü. Niyə gördü? Bunu o da bilir, biz də bilirik, Eynəli dağı da, uca Savalan da. Əlbəttə, bir səfərlə ölkələrimiz arasındakı bəzi problem və fikir ayrılıqlarının tam aradan qaldırılması mümkün deyil. Amma ortada xoş niyyət və səmimiyyət olarsa, verilən sözə əməl edilərsə, Azərbaycan-İran əlaqələri bəlli bir vaxtdan sonra hər iki tərəfin maraqlarına uyğun şəkildə genişlənə də, dərinləşə də bilər”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev əlavə edib ki, əgər səmimiyyətdən söhbət gedirsə, Azərbaycanın İrandan ilk gözləntilərindən biri Tehrandakı səfirliyimizə qarşı terrorun təşkilində əli olanların cəzalandırılması, onu törədənin isə edamıdır: “Orada bunu icra edəcək qurumun rəsmisinin cənab Pezeşkianın səfəri öncəsi verdiyi açıqlamada edam üçün bütün hazırlıqların görüldüyü, sadəcə terrorçunun qətlə yetirdiyi zabitimizin doğmalarının, yaxud da onların vəkillərinin guya qisas tələbi irəli sürməmələri səbəbindən hökmün gecikdirildiyi bildirilmişdi ki, bu da ağ yalandır. Terrorçunun edamının reallaşmasına maneçilik törədənlər onun əlinə avtomat verərək qısqırdıb səfirliyimizə göndərənlərdir. Qarşılıqlı faydaya dayanan əməkdaşlığa gəldikdə, Tehrandakılar hamıdan yaxşı bilirlər ki, Azərbaycan buna həmişə hazır olub, indi də ən yüksək səviyyədə belə bir iradənin ortaya qoyulduğunu gördük. Onu da gördük ki, cənab İlham Əliyev özünü “Təbrizdə, Ərdəbildəymiş kimi hiss edən” İran Prezidentinə doğmalığın başqa bir yanınını da göstərmiş, onun Azərbaycandan uğurlu nəticələrlə dönməsi üçün uyğun qurumlara bütün mümkün tapşırıqları vermişdi”.

Deputat bildirib ki, hər iki ölkəyə həm iqtisadi, elə həm də geosiyasi mövqelərini gücləndirmək baxımından dövlət başçımızın mətbuata bəyanatında da vurğulandığı kimi ən çox səmərə verəcək layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizinin bütün gücü ilə işləməsi üçün gərəkən addımların atılmasıdır: “Azərbaycan burada nə lazımdırsa edib, amma Moskvanın da səylərinə baxmayaraq İran hələ də öz ərazisindən keçəcək dəmir yolu xəttinin çəkilişinə başlamayıb. Və Arazın adının ayrılıq rəmzi kimi deyil, nur mənbəyi olaraq hallandırılması üçün onun üzərində müştərək su elektrik stansiyasının tikilməsinin tezləşdirilməsi də, Zəngilanı Naxçıvanla birləşdirəcək kommunikasiya dəhlizi kimi qarşı tərəfin maraqlarına nə dərəcədə cavab verirsə, bir o qədər də ondan asılıdır. Əminəm ki, İran Prezidenti də bütün bunların yaxşı fərqindədir, amma həmin layihələrin sürətləndirilməsi üçün ortadakı əngəllərin aradan qaldırılması gücündədirmi baxacağıq”.

S.Alıyevin sözlərinə görə, aralarında kök, proseslərə baxış və intellekt baxımından böyük fərq olsa da, cənab Pezeşkian mənə nədənsə öz sələfləri arasında daha çox Mahmud Əhmədinejadı xatırladır: “Yeri gəlmişkən, İran prezidentlərindən indiyədək Azərbaycana ən çox səfər edən (5 dəfə) məhz Əhmədinejad olub. Ümid etmək istərdim ki, cənab Pezeşkian isə daha çox ortadakı problemlərin aradan qaldırılmasında, qarşılıqlı faydaya dayanan əməkdaşlığın dərinləşməsində, hər iki ölkənin regiondakı proseslərə baxışların üst-üstə düşməsində böyük iz qoymuş lider kimi xatırlanacaq. Ölkəmizə ilk rəsmi səfəri zamanı o, özü də gördü ki, Azərbaycan rəhbərliyi bunun üçün gərəkən dəstəyi verməyə hazırdır”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Aprel 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri