Nazir müavini: Azərbaycan xəritəçiliyin inkişafına töhfə verməyə hazırdır
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycanda xəritəçilik sahəsi uzun və dinamik inkişaf yolu keçib. Biz xəritəçilik üzrə əməkdaşlığın daha da sürətlənməsinə böyük önəm veririk. Təbii ehtiyatların xəritələnməsi və regional ekosistemin vahid sisteminin formalaşdırılması TDT qarşısında duran əsas prioritetlərdən biridir".
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov deyib.
O bildirib ki ki, təşkilatın beynəlxalq nüfuzu getdikcə artır: “TDT çərçivəsində müxtəlif platformalar üzrə əməkdaşlıq genişlənir. Hazırda təşkilat daxilində regional səviyyədə vahid standartların yaradılması və ortaq tematik xəritəçilik mexanizmlərinin genişləndirilməsi üçün ciddi imkanlar mövcuddur”, - deyə o bildirib.
Rəşad İsmayılov qeyd edib ki, qarşıdakı dövrdə xəritəçiliyin inkişafı üçün Azərbaycan töhfə verməyə hazırdır.
Baxış sayı:26
Bu xəbər 03 Dekabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















