Icma.az
close
up
RU
Azərbaycan Respublikası, onun suverenliyi Heydər Əliyevin özü və ideyaları kimi ölməzdir

Azərbaycan Respublikası, onun suverenliyi Heydər Əliyevin özü və ideyaları kimi ölməzdir

Icma.az bildirir, Sia Az portalına istinadən.

Xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, müstəqilliyə gedən yolun təməllərini formalaşdırdığını, soy-kökümüzə, milli adət-ənənələrimizə qayıdış prosesinin böyük çətinliklə ilk cığırlarını açdığını minnətdarlıqla xatırlayır və yüksək qiymətləndirir. Məhz ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan Ulu Öndərin ölçüyəgəlməz səyləri ilə keçmiş sovetlər birliyinin inkişaf etmiş bir respublikası oldu, qtisadiyyat, sənaye, elm, təhsil, mədəniyyət sahələrində böyük uğurlara imza atıldı.

Müdrik dövlət xadimi Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına nail oldu, gələcək müstəqilliyin əsaslarını formalaşdırdı. Heydər Əliyevin həmin dövrdə xalqın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük siyasi-ideoloji əhəmiyyətə malik fəaliyyəti, o cümlədən Azərbaycan dilinin respublika Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması və azərbaycançılıq ideologiyasının müəllifinə çevrilməsi bu baxımdan xüsusi qeyd edilməlidir.

Sonralar - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də Ulu Öndər bu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəltdi.

Ölkəmiz parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev xalqının çağırışlarına cavab verərək, böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıtdı, xilaskarlıq missiyasını davam etdirərək ölkəsinin nicatına çevrildi. Ulu Öndər tərəfindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirlməsi üçün böyük layihələr həyata keçirildi. Azərbaycan etibarlı tərəfdaş kimi dünyada qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, uğurlu neft strategiyası dövlətimizi qüdrətləndirdi. Yenidən əldə edilən müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində nəhəng işlər görüldü.

İllər sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi qələbənin təməlləri də həmin dövrdə atıldı. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin bizlərə ən böyük töhfəsi isə, heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan İlham Əliyevdir.

2003-cü ildə xalqın birmənalı dəstəyi ilə Prezident seçilən İlham Əliyevin ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlət maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirməsi nəticəsində misilsiz nailiyyətlər əldə edildi, xalq-iqtidar birliyi daha da möhkəmləndi, Azərbaycan regionda lider dövlətə, eyni zamanda dünyanın modern və qüdrətli dövlətlərindən birinə çevrilərək, dünyada önəmli tərəfdaş kimi tanındı.

Prezident müqəddəs ata vəsiyyətini, xalqımızın ən ülvi arzusunu şərəflə yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək, onu Zəfər zirvəsinə yüksəltdi.

Ulu Öndərin 102- ci doğum ili ölkəmiz üçün, hər bir azərbaycanlı üçün ikiqat əhəmiyyət kəsb edir. Belə ki, 2025-ci il

ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk Konstitusiyanın 30-cu, tariximizə qızıl hərflərlə yazılmış böyük Qələbəmizin isə 5-ci ildönümüdür. Bu il Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilib.

Ana qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyası və qüdrətli dövlət olmağın rəmzinə çevrilən Suverenliyimiz öz başlanğıcını Ulu Öndər Heydər Əliyev dühasından, onun ölməz ideya və ideallarından alır.

Ulu Öndər deyirdi ki, "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır. Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam".

Bəli, Heydər Əliyev dühası Azərbaycanımızın dünəni, bu günü və sabahkı inkişaf yolunun əsas bələdçisidir! Azərbaycan Respublikası, onun Konstitusiyası, Müstəqilliyi və Suverenliyi Ulu Öndər Heydər Əliyevin özü və ideyaları kimi ölməzdir, əbədidir!

Jalə Əliyeva

Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri