Icma.az
close
up
RU
Şəhidlər ölməzdir... FOTOLAR

Şəhidlər ölməzdir... FOTOLAR

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xüsusi təyinatlarının əfsanəsi , Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurov Vətənini, torpağını canından da artıq sevdiyini 2016-ci ilin aprelində 4 günlük müharibədə qanı bahasına sübut etdi. Erməni faşistlərinə qarşı ağır müharibə meydanında tarix yazaraq 35 yaşında şəhidlik zirvəsinə ucaldı. Şərəfli ölümü ilə özünə ürəklərdə əzəmətli abidə quran bu Vətən sevdalısı bütün Azərbaycanın qürur yeri olaraq hər yerdə, hər zaman böyük ehtiramla yad olunur.

Bu günlər isə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov və əməkdaşları əfsanəvi Pəncəli Teymurovun xatirəsini yad ediblər. Öncə şəhidin məzarı, daha sonra ailəsi ziyarət olunub. Həbib Cəfərov çıxışı zamanı bildirib ki, Aprel döyüşündə əldə olunan zəfər Azərbaycan Ordusunun qüdrətini və xalqımızın sarsılmaz iradəsini göstərdi. Bu 4 günlük ölüm-dirim savaşda Pəncəli kimi Vətən qeyrətli qəhrəmanların qanı bahasına tarixi qələbəmizin əsası qoyuldu. Xalqımızın qəhrəmanlıq simvolu tək tarixə düşən, qürur yerimiz, iftixar mənbəyimiz olan Pəncəli Teymurovun ömür yolu gələn nəsillər üçün Vətənə, torpağa əsl məhəbbət mücəssəməsi olacaqdır.

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurov Astaranın Əzərud kəndində boya-başa çatıb. Ömrünün 17 ilini hər qarşını özünə doğma bildiyi Azərbaycanın keşiyində durub, onu göz-bəbəyi kimi qoruyub. Qəlbi yurduna dadanmış yağıdan qisas almaq istəyi ilə alışıb-yanıb. Odur ki, “Qırmızı Beret” sahibi olan Pəncəli XTQ üçün nəzərdə tutulmuş 6 ixtisasın hamısına( dağ , snayper, hərbi dalğıc, paraşüt- desant, istehkamçı və ağır şəraitdə sağ qalma hazırlığı) öz bacarığı, dözümü, Vətən naminə saf vicdanı sayəsində mükəmməl yiyələnə bilib.

Dilindən” Torpaq əgər uğrunda ölən varsa, Vətəndir” kəlmələri düşməyən Astaranın igid oğlu 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçərək 20 erməni dığasının mindiyi maşını partladaraq onların hamısını o dünyaya göndərib. Xocalı faciəsi zamanı azərbaycanlılara qarşı sayı olmayan dəhşətlər törədən erməni zabitlərdən biri illər sonra general-mayor rütbəsinə təqdim olunmaq üçün gedərkən əfsanəvi kəşfiyyatçımız onu sübh tezdən izləyərək məhv edib. Talış yüksəkliyinin alınmasında göstərdiyi özünə məxsus şücaəti dillərdə dastana dönüb. Aprel döyüşlərində onlarla erməni hərbiçini və texnikasını məhv edən Pəncəli son damla qanına qədər döyüşərək komandiri ilə birlikdə şəhadətə qovuşub...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Aprel 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri