Icma.az
close
up
RU
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Qanunu

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 15-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 3.0.10-1-ci maddə əlavə edilsin:

“3.0.10-1. yüksəkixtisaslı miqrant ─ yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;”;

1.2. 20.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Məcəllədə Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş müvəqqəti olma müddətləri ilə bağlı fərqli qaydalar tətbiq edildikdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qarşılıqlı olaraq fərqli qaydalar müəyyən edilə bilər.”;

1.3. 26.1-ci maddəyə “şəxslərə” sözündən sonra “, habelə yüksəkixtisaslı miqrantlara” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 40.0.6-cı maddə əlavə edilsin:

“40.0.6. yüksəkixtisaslı miqrantın mütəxəssis hesab olunduğu sahə üzrə fəaliyyətə başlaması öz iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadıqda.”;

1.5. 45.1.4-1-ci maddəyə “mütəxəssis” sözündən sonra “və ya yüksəkixtisaslı miqrant” sözləri əlavə edilsin;

1.6. 47.6-cı və 47.7-ci maddələrə “10 iş günü” sözlərindən sonra “(yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə 5 iş günü)” sözləri əlavə edilsin;

1.7. 49-cu maddə üzrə:

1.7.1. 49.1-ci maddədə “maddəsində” sözü “və 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara münasibətdə) maddələrində” sözləri ilə və “hal” sözü “hallar” sözü ilə əvəz edilsin;

1.7.2. 49.2-ci maddədə “maddəsində” sözü “və 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara münasibətdə) maddələrində” sözləri ilə əvəz edilsin;

1.8. aşağıdakı məzmunda 50.3-cü maddə əlavə edilsin:

“50.3. Bu Məcəllənin 50.1.8-ci maddəsi ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halı yüksəkixtisaslı miqrantlara şamil edilmir.”;

1.9. 51.5-ci maddəyə “cəlb edilənlər” sözlərindən sonra “, habelə yüksəkixtisaslı miqrantın əri (arvadı) və 23 yaşına çatmamış övladları” sözləri əlavə edilsin;

1.10. 52-ci maddə üzrə:

1.10.1. 52.1.7-ci maddəyə “mütəxəssis” sözündən sonra “və ya yüksəkixtisaslı miqrant” sözləri əlavə edilsin;

1.10.2. “Qeyd” hissəsinin 4-cü bəndinə birinci halda “Məcəllənin” sözündən sonra “52.1.7-ci və” sözləri və “müvafiq olaraq” sözlərindən sonra “45.1.4-1-ci və” sözləri əlavə edilsin;

1.11. 53.1.7-ci və 55.0.6-cı maddələrə “götürdüyü” sözündən sonra “, habelə yüksəkixtisaslı miqrantın icazə üçün müraciət etdiyi” sözləri əlavə edilsin;

1.12. 54-cü maddə üzrə:

1.12.1. 54.5-ci maddənin ikinci cümləsinə “hal” sözündən sonra “yüksəkixtisaslı miqrantlara,” sözləri əlavə edilsin;

1.12.2. 54.7-ci maddənin birinci və ikinci cümlələrinə “1 ay” sözlərindən sonra “(yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə 20 gün)” sözləri əlavə edilsin;

1.13. 64.0.19-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 64.0.20-ci maddə əlavə edilsin:

“64.0.20. yüksəkixtisaslı miqrantlara (mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərdikdə).”;

1.14. 66-cı maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu Məcəllənin 66.0.3-cü və 66.0.5-ci maddələri ilə müəyyən edilmiş iş icazəsinin verilməsindən imtina halları yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına şamil edilmir.”;

1.15. 71-ci maddə üzrə:

1.15.1. adında “Əmək müqaviləsi pozulduqda iş” sözləri “İş” sözü ilə əvəz edilsin;

1.15.2. 71.1-ci maddənin ikinci cümləsinə “pozulduqda” sözündən sonra “və ya iş icazəsinin bu Məcəllənin 66.0.3-cü maddəsi tətbiq edilmədən rəsmiləşdirilməsinə əsas olan hal aradan qalxdıqda” sözləri əlavə edilsin;

1.15.3. 71.2-ci maddədə “Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda” sözləri “İş icazəsi qüvvəsini itirdikdə” sözləri ilə əvəz edilsin;

1.16. 73-cü maddə üzrə:

1.16.1. 73.0.2-ci maddə ləğv edilsin;

1.16.2. 73.0.4-cü maddədə “və 69.6-cı” sözləri “, 69.6-cı və 71.1-ci” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 14.8.2-1-ci və 14.8.5-1-ci maddələr əlavə edilsin:

“14.8.2-1. Bu Qanunun 14.8.1-ci və 14.8.2-ci maddələrində müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə beş iş günü azaldılmaqla tətbiq edilir.”;

“14.8.5-1. Bu Qanunun 14.8.4-cü və 14.8.5-ci maddələrində müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə on gün azaldılmaqla tətbiq edilir.”;

2.2. 18.58-1-ci maddəyə “müddətlər” sözündən sonra “Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına, habelə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2024-cü il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri