Icma.az
close
up
RU
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Qanunu

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Su Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 135 (Cild I); 2024, № 3, maddə 250) 41-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “istifadəsinə antiinhisar” sözləri “istifadəsində rəqabətə dair” sözləri ilə əvəz edilsin;

1.2. üçüncü hissədə “Azərbaycan Respublikasının qanunvericiliyində” sözləri “qanunda” sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 122-VIIQD nömrəli və 2025-ci il 14 fevral tarixli 140-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.5-ci maddəyə “maliyyə” sözündən sonra “, rəqabət” sözü əlavə edilsin;

2.2. 791.2-ci maddədən “(inhisar hüququna)” sözləri çıxarılsın;

2.3. 793.1.2-ci maddədə “inhisar” sözü “müstəsna” sözü ilə əvəz edilsin;

2.4. 800.1.3-cü maddədən “(inhisar hüququ)” sözləri çıxarılsın;

2.5. aşağıdakı məzmunda 802.4-cü maddə əlavə edilsin:

“802.4. Bu Məcəllənin 802.3-cü maddəsi Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan hallara tətbiq olunmur.”.

Maddə 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli və 2025-ci il 3 fevral tarixli 135-VIIQD nömrəli qanunları) 30.6.15-ci maddəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin” sözləri “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 29.7-ci və 56.1-ci maddələrinin” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci maddənin 1-ci hissəsinə “Məcəlləsi,” sözündən sonra “Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi,” sözləri əlavə edilsin;

4.2. 7-ci maddənin 1-ci hissəsi üzrə:

4.2.1. on beşinci abzasda “antiinhisar” sözü “rəqabət” sözü ilə əvəz edilsin;

4.2.2. on altıncı abzasda “rəqabət metodlarından” sözləri “rəqabətin formalarından” sözləri ilə əvəz edilsin;

4.3. 13-cü maddənin 1-ci hissəsinin ikinci abzasında “antiinhisar” sözü “rəqabət” sözü ilə əvəz edilsin;

4.4. 16-cı maddənin ikinci cümləsində “Antiinhisar fəaliyyəti” sözləri “Rəqabət” sözü ilə əvəz edilsin.

Maddə 5. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 16-cı maddəsinin dördüncü hissəsində “Hüquqi” sözü “Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Əmtəə birjası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 16, maddə 211; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 6-cı maddəsinin 2-ci hissəsində “antiinhisar” sözü “rəqabət” sözü ilə əvəz edilsin və həmin hissədən “aradan qaldırmaq, yaxud onu” sözləri çıxarılsın.

Maddə 7. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 132, № 6 (I kitab), maddə 631; Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 105-VIIQD nömrəli Qanunu) 8-ci maddəsinin birinci cümləsində “onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi” sözləri “qanunda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin.

Maddə 8. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 167 (Cild I); 2024, № 11, maddə 1184) 41-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasında “antiinhisar” sözü “rəqabət” sözü ilə əvəz edilsin.

Maddə 9. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 485 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 119-VIIQD nömrəli Qanunu) 31-ci maddəsinin ikinci hissəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu” sözləri “Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi” sözləri ilə əvəz edilsin.

Maddə 10. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 565 (Cild I) 12-ci maddəsinin ikinci hissəsinin üçüncü abzasında “antiinhisar” sözü “rəqabət” sözü ilə əvəz edilsin.

Maddə 11. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 125 (Cild I); 2024, № 3, maddə 248; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 112-VIIQD nömrəli Qanunu) 21-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində “antiinhisar” sözü “rəqabət” sözü ilə əvəz edilsin.

Maddə 12. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485 (Cild I); 2024, № 2, maddə 138) 5-ci maddəsinə aşağıdakı məzmunda 12-ci hissə əlavə edilsin:

“12. Kredit ittifaqları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.”.

Maddə 13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli və 29 dekabr tarixli 121-VIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 2.0.8-3-cü və 20-5-ci maddələr əlavə edilsin:

“2.0.8-3. təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması;”;

“Maddə 20-5. Təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər 1

Dövlət rüsumunun məbləği 2

Təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılmasına görə 100 manat

Maddə 14. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 741 (Cild I) 4.1.13-cü maddəsində “antiinhisar” sözü “rəqabət” sözü ilə əvəz edilsin.

Maddə 15. “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 536 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 1-ci maddədə “bu Qanundan, “Təbii inhisarlar haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” sözləri “Azərbaycan Respublikasının Rəqabət Məcəlləsindən, bu Qanundan” sözləri ilə, “qanunlarından” sözü “Qanunundan” sözü ilə əvəz edilsin;

15.2. 3-cü maddə üzrə:

15.2.1. 3.1-ci maddədə “təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin” sözləri “dövlət inhisarında olan məhsullara (mallara, işlərə, xidmətlərə), təbii inhisar subyektlərinin” sözləri ilə əvəz edilsin;

15.2.2. 3.2-ci maddədə “təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarının (malların, işlərin, xidmətlərin)” sözləri “məhsulların (malların, işlərin, xidmətlərin)” sözləri ilə əvəz edilsin;

15.3. 7.1.6-cı maddədə “antiinhisar” sözü “rəqabət” sözü ilə əvəz edilsin.

Maddə 16. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743, № 12 (I kitab), maddə 1281; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 120-VIIQD nömrəli Qanunu) 15.9.1-1-ci maddəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin” sözləri “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 29.7-ci və 56.1-ci maddələrinin” sözləri ilə əvəz edilsin.

Maddə 17. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130 (Cild I); 2024, № 2, maddə 138; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

17.1. 35.3-cü maddənin ikinci cümləsi çıxarılsın;

17.2. aşağıdakı məzmunda 41.2.10-1-ci maddə əlavə edilsin:

“41.2.10-1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada – rəqabət orqanına;”;

17.3. 46.2-ci maddənin birinci cümləsindən “yalnız” sözü çıxarılsın;

17.4. aşağıdakı məzmunda 46.8-ci maddə əlavə edilsin:

“46.8. Banklar və xarici bankların yerli filialları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.”.

Maddə 18. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 604 (Cild I); 2024, № 2, maddə 138, № 11, maddə 1184) aşağıdakı məzmunda 13-4.8-ci maddə əlavə edilsin:

“13-4.8. Milli operator tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.”.

Maddə 19. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605 (Cild I); 2024, № 1, maddələr 2, 11, № 7, maddə 764) aşağıdakı məzmunda 12.1-1-ci maddə əlavə edilsin:

“12.1-1. Təbii inhisar subyektləri tərəfindən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının rəqabət orqanına təqdim edilməsi Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi ilə tənzimlənir.”.

Maddə 20. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

20.1. 6.1.5-ci maddədən “və antiinhisar fəaliyyətin” sözləri çıxarılsın;

20.2. 11-ci maddə üzrə:

20.2.1. adından “və antiinhisar fəaliyyətin” sözləri çıxarılsın;

20.2.2. 11.2-ci maddənin birinci abzasında “antiinhisar qanunvericiliyə” sözləri “rəqabət qanunvericiliyinə” sözləri ilə əvəz edilsin və həmin maddəyə “fəaliyyətində” sözündən sonra “rəqabət qanunvericiliyinə və” sözləri əlavə edilsin;

20.2.3. 11.2.2-ci və 11.2.3-cü maddələrdə “qanunvericilikdə” sözü “qanunda” sözü ilə əvəz edilsin.

Maddə 21. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1080 (Cild I) 9.3.1-ci və 29.1.25-ci maddələri aşağıdakı redaksiyada verilsin:

“9.3.1. təbii inhisar subyektləri – istehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısı, məhsullar üzrə qiymətlərin siyahısı (tənzimlənən və tənzimlənməyən qiymətləri fərqləndirməklə), müştərilər tərəfindən məhsulların əldə edilməsi (qoşulması, istifadə edilməsi) üçün tələb olunan şərtlər, müqavilənin forması və bağlanılması qaydası, müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasına aid informasiyalar üzrə;”;

“29.1.25. təbii inhisar subyektləri – istehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısı, məhsullar üzrə qiymətlərin siyahısı (tənzimlənən və tənzimlənməyən qiymətləri fərqləndirməklə), müştərilər tərəfindən məhsulların əldə edilməsi (qoşulması, istifadə edilməsi) üçün tələb olunan şərtlər, müqavilənin forması və bağlanılması qaydası, müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasına aid informasiyalar;”.

Maddə 22. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

22.1. 12.2-ci maddədə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri “Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə” sözləri ilə əvəz edilsin;

22.2. 97-ci maddənin mətni 97.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 97.2-ci maddə əlavə edilsin:

“97.2. Sığorta bazarının peşəkar iştirakçıları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti ilə bağlı yoxlamalar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.”.

Maddə 23. “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 209 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanunu) 8.1.3-cü maddəsindən “antiinhisar siyasəti və” sözləri çıxarılsın.

Maddə 24. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

24.1. 4.2-ci maddənin ikinci cümləsində “antiinhisar” sözü “rəqabət” sözü ilə əvəz edilsin;

24.2. aşağıdakı məzmunda 24.7-ci maddə əlavə edilsin:

“24.7. BOKT-lər tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.”.

Maddə 25. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950 (Cild I) 48.1.10-cu maddəsinə “qaydada” sözündən sonra “, habelə investisiya fondları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti ilə bağlı Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada” sözləri əlavə edilsin.

Maddə 26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 890 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

26.1. aşağıdakı məzmunda 2.1-1-ci və 2.2-4-cü maddələr əlavə edilsin:

“2.1-1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 43–45-ci maddələrinə əsasən həyata keçirilən nəzarət tədbirləri və həmin Məcəllənin 11-ci fəslinə uyğun olaraq rəqabət komissiyası tərəfindən rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması yoxlama tədbiri hesab edilmir.”;

“2.2-4. Bu Qanun rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərində aparılan yoxlamalara şamil edilmir.”;

26.2. 3.1-ci maddəyə “yalnız” sözündən əvvəl “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

Maddə 27. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464 (Cild I); 2024, № 2, maddə 136, № 4, maddə 365) 15.4-cü maddəsində “təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid olmayan” sözləri “qiymətləri dövlət tərəfindən tənzimlənməyən” sözləri ilə əvəz edilsin.

Maddə 28. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813 (Cild I) 85-ci maddəsinin mətni 85.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 85.2-ci maddə əlavə edilsin:

“85.2. Lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti ilə bağlı yoxlamalar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.”.

Maddə 29. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 1997 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 11, maddə 1193) aşağıdakı məzmunda 7.7-ci maddə əlavə edilsin:

“7.7. Kredit bürosu tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.”.

Maddə 30. “Media haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90 (Cild I); 2024, № 5 (I kitab), maddələr 488, 494, № 7, maddə 775; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 119-VIIQD nömrəli Qanunu) 54.1.2-ci maddəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan” sözləri “Azərbaycan Respublikasının Rəqabət Məcəlləsindən” sözləri ilə əvəz edilsin.

Maddə 31. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 15 (Cild I) 3.2.6-cı maddəsində “haqsız rəqabət haqqında qanunvericiliyə” sözləri “rəqabət qanunvericiliyinə” sözləri ilə əvəz edilsin.

Maddə 32. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1134 (Cild I) aşağıdakı məzmunda 62.11-ci maddə əlavə edilsin:

“62.11. Ödəniş xidməti təchizatçıları və operatorlar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.”.

Maddə 33. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1593 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

33.1. 9.2-ci maddədə “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri “Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi” sözləri ilə, “Qanuna” sözü “Məcəlləyə” sözü ilə əvəz edilsin;

33.2. 10.2-ci maddə üzrə:

33.2.1. ikinci cümləyə “tənzimləyiciyə” sözündən sonra “, təbii inhisar subyektinə münasibətdə Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğun olaraq həmçinin rəqabət orqanına” sözləri əlavə edilsin;

33.2.2. üçüncü cümlədə “Tənzimləyici imtinanın əsassız olduğunu müəyyən etdikdə, onun tələbi ilə” sözləri “İmtinanın əsassız olduğu müəyyən edildikdə tənzimləyicinin tələbi, habelə rəqabət orqanın qərarı ilə” sözləri ilə əvəz edilsin;

33.3. 11.1-ci maddədə “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri “Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2025-ci il

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see146

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see140

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see140

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see134

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see130

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see123

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see122

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see121

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see121

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see120

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see120

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see119

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see117

125 il yaşayan kişi sirrini açdı

12 Aprel 2025 11:46see116

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see116

Ertan Saban Deha dan getdi

12 Aprel 2025 12:34see115

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see114

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see113

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri