Icma.az
close
up
RU
Azərbaycan Rusiyada Beynəlxalq Ticarət və Logistika Forumunda təmsil olunacaq AZƏRTAC

Azərbaycan Rusiyada Beynəlxalq Ticarət və Logistika Forumunda təmsil olunacaq AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan 2024-cü il dekabrın 5-6-da Ulyanovsk şəhərində “Rusiyada işgüzar mühit” Biznes Forumu çərçivəsində keçiriləcək “Orta Volqa - Xəzər dənizi” Beynəlxalq Ticarət və Logistika Forumunda təmsil olunacaq.

AZƏRTAC forumun təşkilatçılarına istinadla xəbər verir ki, tədbir Rusiya ilə Xəzər regionu ölkələri, o cümlədən Azərbaycan, Türkmənistan, İran və İraq arasında ticarət-iqtisadi əlaqələrin inkişafına yönəlib.

Forumun əsas məsələlərindən biri Orta Volqa limanlarından malların Fars körfəzinə birbaşa çatdırılmasını təmin edən “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi olacaq ki, bu da ticarət əlaqələrinin və logistika infrastrukturunun möhkəmləndirilməsinə imkan verəcək.

Forum cənub ölkələrinə dəniz, çay, dəmir yolu, hava və avtomobil nəqliyyatı ilə yük daşıyan aparıcı nəqliyyat və logistika şirkətlərini bir araya gətirəcək. Tədbirdə, həmçinin maliyyə xidmətləri göstərən şirkətlər, gəmi sahibləri, habelə Rusiya, İran İslam Respublikası, Azərbaycan, Türkmənistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının liman idarələrinin nümayəndələri iştirak edəcəklər.

“Orta Volqa - Xəzər dənizi” forumu region ölkələri arasında logistika və yüklərin daşınması sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq üçün yeni imkanların tapılması üçün mühüm platformaya çevriləcək. O, infrastruktur və ticarət sahəsində inteqrasiyanın inkişafına, qarşılıqlı ticarət axınının həcminin artırılmasına və biznes mühitinin yaxşılaşdırılmasına kömək edən nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsinə yönəlib.

Forum Ulyanovsk vilayəti hökuməti və “Afanasi Nikitin” Assosiasiyası tərəfindən təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri