Icma.az
close
up
RU
Azərbaycan Beynəlxalq Ticarət və Logistika Forumunda təmsil olunacaq

Azərbaycan Beynəlxalq Ticarət və Logistika Forumunda təmsil olunacaq

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan 2024-cü il dekabrın 5-6-da Ulyanovsk şəhərində “Rusiyada işgüzar mühit” Biznes Forumu çərçivəsində keçiriləcək “Orta Volqa - Xəzər dənizi” Beynəlxalq Ticarət və Logistika Forumunda təmsil olunacaq. SİA forumun təşkilatçılarına istinadla xəbər verir ki, tədbir Rusiya ilə Xəzər regionu ölkələri, o cümlədən Azərbaycan, Türkmənistan, İran və İraq arasında ticarət-iqtisadi əlaqələrin inkişafına yönəlib.

Forumun əsas məsələlərindən biri Orta Volqa limanlarından malların Fars körfəzinə birbaşa çatdırılmasını təmin edən “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi olacaq ki, bu da ticarət əlaqələrinin və logistika infrastrukturunun möhkəmləndirilməsinə imkan verəcək.

Forum cənub ölkələrinə dəniz, çay, dəmir yolu, hava və avtomobil nəqliyyatı ilə yük daşıyan aparıcı nəqliyyat və logistika şirkətlərini bir araya gətirəcək. Tədbirdə, həmçinin maliyyə xidmətləri göstərən şirkətlər, gəmi sahibləri, habelə Rusiya, İran İslam Respublikası, Azərbaycan, Türkmənistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının liman idarələrinin nümayəndələri iştirak edəcəklər.

“Orta Volqa - Xəzər dənizi” forumu region ölkələri arasında logistika və yüklərin daşınması sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq üçün yeni imkanların tapılması üçün mühüm platformaya çevriləcək. O, infrastruktur və ticarət sahəsində inteqrasiyanın inkişafına, qarşılıqlı ticarət axınının həcminin artırılmasına və biznes mühitinin yaxşılaşdırılmasına kömək edən nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsinə yönəlib.

Forum Ulyanovsk vilayəti hökuməti və “Afanasi Nikitin” Assosiasiyası tərəfindən təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri