Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 185,17 milyon ABŞ dolları dəyərində 841 min 678 ton buğda gətirilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,3 %, kəmiyyət olaraq – 10,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 156,04 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,8 dəfə çox) 711 min 883 ton (+3,8 dəfə), Qazaxıstandan 29,13 milyon ABŞ dolları dəyərində (-76 %) 129 min 793 ton (-77 %), Türkiyədən 0,8 min ABŞ dolları dəyərində (-87,2 %) 1,6 ton (-81,3 %) və Serbiyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) buğda alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26 %-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Oktyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















