Azərbaycan Rusiyadan noxud tədarükünü kəskin artırıb
Icma.az, Sia Az saytına istinadən bildirir.
Bu ilin yanvar ayında Azərbaycan 150,2 min ABŞ dolları dəyərində 314,1 ton qurudulmuş noxud idxal edib.
SİA-ya Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 12 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 113 min ABŞ dolları (1 il əvvəlki göstəricidən 23 dəfə çox) dəyərində 291 ton (+58 dəfə), Meksikadan 26 min ABŞ dolları dəyərində 16 ton (1 il əvvəl tədarük olmayıb), Hindistandan 8,3 min ABŞ dolları dəyərində 5 ton (1 il əvvəl tədarük olmayıb), Kanadadan 2,7 min ABŞ dolları dəyərində 2,5 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 1,7 min ABŞ dolları dəyərində 4,2 ton (1 il əvvəl tədarük olmayıb) noxud alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 2 min 327 ton noxudun 38,3 %-i Rusiyanın, 20 %-i Hindistanın, 19,7 %-i Meksikanın payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 04 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















