Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci ilin ilk dörd ayında Rusiya ən çox şokoladı Qazaxıstan, Azərbaycan və Özbəkistana satıb, Çin və Almaniya da həmçinin ilk onluğa daxil olublar.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin "Comtrade" platformasının məlumatlarında qeyd olunub.
Rusiyadan şokoladın əsas idxalçısı Qazaxıstan olub - yanvar-aprel aylarında bu ölkəyə tədarük 78.3 milyon dollar təşkil edib. İkinci yerdə olan Azərbaycana tədarük təxminən üç dəfə az - 23.4 milyon dollar qiymətləndirilir. Sonrakı yerləri Özbəkistan (21.4 milyon dollar), Qırğızıstan (14.7 milyon dollar) və Gürcüstan (8 milyon dollar) tutur.
Çin 7,4 milyon dollarlıq idxalla Rusiya şokoladının altıncı ən böyük alıcısı olub. Sonrakı yerləri Ermənistan, Serbiya və Moldova tutur, Almaniya isə 2,1 milyon dollarla bu siyahını tamamlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 13 İyul 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















