Icma.az
close
up
RU
Azərbaycan Rusiyanı Avropa üzərindəki ən effektiv “silahdan” məhrum edib

Azərbaycan Rusiyanı Avropa üzərindəki ən effektiv “silahdan” məhrum edib

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni texnologiyaların bir-birini sürətlə əvəz etdiyi dünyamızda enerji faktorunun yaşam və tərəqqi təminatında ən önəmli vasitəyə çevrildiyi hər kəsə məlumdur. Bu gün dövlətlərin sabitlik və inkişafına təsir göstərən əsas vasitə məhz enerji amilidir. Məhz bu səbəbdən də bəzi dövlətlər enerji faktorundan sadəcə iqtisadi deyil, həm də siyasi maraqlarının təminində uğurla istifadə edir, milli maraqlarını müvəffəqiyyətlə təmin edirlər. Mənəvi və siyasi əxlaq baxımından qəbuledilməz olsa da, bu reallıq öz mövcudluğunu uzun illərdir ki, qorumaqda və gücləndirməkdədir. Məlum gerçəklik özünü Rusiya və Avropa dövlətləri ilə münasibətlərdə daha çox büruzə verib. Belə ki, Rusiya bəzi məqamlarda Avropanı qaz nəqlini azaltmaq və ya tamamilə dayandırmaqla hədələyib ki, bu da Qərbdə böyük narahatlıq və təşvişlə qarşılanıb. Hansı ki, bəzi dönəmlərdə məhz Azərbaycanın dəstəyi, milli maraqlarla yanaşı, həm də bəşəri maraqları nəzərə alması, humanizm prinsipindən çıxış etməsi nəticəsində Avropa dövlətləri Rusiyanın iqtisadi təzyiqlərindən minimum itki ilə çıxıb, enerji təhlükəsizliklərini təmin etməyi bacarıblar. Yada salaq ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatında bu həqiqəti yada salaraq deyib:

“Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirmişdir. Biz Rusiyanın enerjini silah kimi istifadə etdiyi və qazı kəsdiyi zaman Azərbaycanın irəliyə çıxdığını unutmamışıq”.

Ursula Fon der Lyayenin məlum bəyanatı Azərbaycanın Avropa üçün “xilasedici rol”unun Qərb dövlətləri tərəfindən kifayət qədər aydın dərk olunduğunu göstərir. Bu fakt bir daha sübut edir ki, məhz Azərbaycan Rusiyanı Avropa İttifaqına üzv dövlətlər üzərindəki ən effektiv silahdan – enerji təminatından siyasi təzyiq məqsədilə istifadə imkanından böyük ölçüdə məhrum edib. Başqa sözlə desək, bu gün Avropa İttifaqı öz enerji təhlükəsizliyinə görə Azərbaycana borcludur  və bu borc kifayət qədər böyükdür. Ümid edək ki, Azərbaycanın bu humanizmi bundan sonra da Avropa İttifaqına üzv dövlətlər tərəfindən lazımınca qiymətləndiriləcək və gələcəkdə də bu dövlətləri minnətdarlıq edən tərəf kimi görəcəyik.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 İyul 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri