Sanksiyalar Rusiyanı bundan da məhrum edib...
Sia Az saytına istinadən Icma.az xəbər verir.
...Rusiyada süni intellektin inkişafı ciddi texnoloji böhranla üz-üzədir. Qərbin sanksiyaları səbəbindən ölkə müasir süni intellekt modellərinin hazırlanması üçün zəruri olan qabaqcıl Amerika Nvidia çiplərinə çıxışı itirib.
Rusiya superkompüterləri köhnəlmiş qrafik prosessorlarında işləyir və ölkədə özünün qabaqcıl çip istehsalı yoxdur. Moskva texnoloji yarışda ABŞ və Çinə çata bilməz.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters yazır.
Qeyd edək ki, artıq Putin də problemləri etiraf edib. Belə ki, Moskvada keçirilən “AI.Journey” konfransında çıxış edən o, sənayenin inkişafına elektrik enerjisinin çatışmazlığı, qeyri-kafi şəbəkə tutumu və mürəkkəb komponentlərin çatışmazlığının mane olduğunu bildirib.
...Bu maneələri aradan qaldırmaq üçün yeni irimiqyaslı investisiyalar tələb olunur, - Putin bildirib.
Rusiya superkompüterləri genişmiqyaslı müharibə başlamazdan və Qərb sanksiyalarının tətbiqindən əvvəl hazırlanıb. İndi onların texnoloji bazası sürətlə köhnəlir.
Nvidia-nın əvəzedicisini tapmaq cəhdləri uğursuz oldu...
...Rosneft kimi Kremlə yaxın iri müəssisələr neyron şəbəkələrinin yalnız yerli şirkətlər tərəfindən Rusiya məlumat dəstlərindən istifadə etməklə hazırlanması və təlimləndirilməsi tələbini texniki cəhətdən qeyri-mümkün adlandırdılar.
Sberbank-ın baş direktoru Herman Qref may ayında Çinə səfər edərək qabaqcıl Çin çiplərinin tədarükü ilə bağlı danışıqlar aparmağa çalışdı.
Lakin, danışıqlardan xəbərdar olan Reuters mənbəyinin sözlərinə görə, danışıqlar uğursuz oldu.
Bu fonda Qazaxıstan öz süni intellekt infrastrukturunu inkişaf etdirir. Oktyabr ayında Prezident Kasım-Jomart Tokayev Nvidia-nın baş direktoru Jensen Huang ilə görüşdü.
Qazaxıstanın Freedom Holding şirkəti 2 milyard dollarlıq Sovereign süni intellekt mərkəzinin inşasını və Nvidia B300 sürətləndiriciləri üçün sifariş verdiyini elan etdi.
Bu arada, Tokayev Rusiyanın Sberbank və Yandex texnologiya şirkətlərini Qazaxıstan bazarında əməliyyatlarını genişləndirməyə dəvət etdi.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 28 Noyabr 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















