Icma.az
close
up
RU
Azərbaycan Rusiyanın təxribatlarına HAZIRDIR

Azərbaycan Rusiyanın təxribatlarına HAZIRDIR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında tarixi görüş baş tutub. Görüş zamanı tərəflər sülh sazişinin mətnini paraflayıb, Minsk qrupunun ləğv edilməsi və Zəngəzur dəhlizinin (TRIPP) açılması kimi məsələlərdə razılığa gəliblər. 

Vaşinqton görüşündən sonra Rusiya və İranda bəzi dairələr Azərbaycana, həmçinin Ermənistana qarşı təhdidlər sələndirib. Məsələn bu gün Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyərək iddia ki, əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, Moskva bundan heç nə itirməyək, amma Azərbaycan üçün vəziyyət ciddi dəyişəcək.

Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Vaşinqton görüşü və görüşdən sonra əldə olunan nəticələr Rusiyanı qane edə bilməz.

“Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi. Görüş ərəfəsində Ukraynada SOCAR-a məxsus neft anbarının vurulması ilə məlum oldu ki, Rusiya bu görüşün tam əleyhinədir. Azərbaycanın, cənab Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasəti Rusiya bəyənmir, hətta deyərdim həzm etmir. Regionda dəyişən geosiyasi balans fonunda Rusiyanın təsir imkanlarını itirməsi, hegomonluq siyasətindən əl çəkməməsi birbaşa bununla bağlıdır. Təxribatın ardınca Rusiya Dövlət Dumasından da müxtəlif hədələr, təhdidlər gəlməkdədir", - o qeyd edib.

Deputat bildirib ki. Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev bəyanatı məhz təxribatın davamıdır:

"Qurulev bəyanatında Solovyov, Podolyakov kimi rus təbliğatçılarının mütəmadi aqressiv bəyanatları silsiləsinə uyğun danışır. O, həm informasiya, həm də siyasi-iqtisadi baxımdan Azərbaycana qarşı təzyiqləri artırmaq meylini əks etdirir. Azərbaycanın iqtisadi təhlükəsizliyinə təhdid gətirmək, Azərbaycan malının ixracına qadağa qoyulması, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılara təzyiqin artırılmasına işarə edir. Digər məsələ hərbi-siyasi subyektlə bağlıdır. Yəni Qurulev gərgin xüsusi hərbi əməliyyat ifadəsini işlədir. Burada Rusiyanın sərhədlərinin istənilən hissəsində mümkün təhdidlərdən danışır. Şərhlər Qarabağ, enerji maraşrutları, Azərbaycanın Qərblə, Türkiyə ilə artan əməkdaşlığı, ABŞ-da keçirilən son görüşlər, Trampın Azərbaycan və onun rəhbərliyi ilə bağlı söylədiyi müsbət fikirlər fonunda edilir. Məsələni dərindən təhlil edək. Onlar iqtisadi təhdidlə nəyə nail ola bilərlər? Azərbaycan tərəvəzlərinin, meyvələrinin, spirtli içkilərinin idxalına məhdudiyyət qoya bilərlər və ya tamamilə qadağan edərlər. Rusiyadakı azərbaycanlı sahibkarlara qarşı onsuz da yoxlamaları həyata keçirirlər, bu proses davam edər. Logistik daşınmaları çətinləşdirə, gömrükdə gecikmələrə səbəb ola bilərlər. Nəqliyyat kvotalarını verməzlər. Biz bütün bunlara daim hazırıq".

Komitə sədri qeyd edib ki, bu məhdudiyyətlər Rusiya istehlakçılarına da mənfi təsir edəcək.

"Məlumdur ki, bu, meyvə və tərəvəzlərin bahalaşmasına səbəb ola bilər. Moskvanın tam qadağalara getməsi inandırıcı görünmür. Çünki bu məqsədli hərəkətdir. Ona görə də bunun gələcəyi yoxdur. İkinci bir tərəfdən informasiya və təbliğat kampaniyasına başlamaları mümkündür. Rusiya telekanallarından və teleqram kanallarından, öz beşinci kolonlarından istifadə edərək müəyyən yazıların verilməsi, milli azlıqlar, miqrasiya, Cənubi Qafqazda Rusiyanın maraqlarına təhdidlər mövzusunda müxtəlif addımların atılması mümkündür. Bunun əsas xətləri Qərblə, Türkiyə, NATO-ya yaxınlaşması, ordunun müəyyən standartlara uyğun formalaşdırılmasıdır. Məram və məqsədləri də Rusiya daxilində rəy formalaşdırmaq, bununla da iqtisadi və siyasi addımlar üçün zəmin yaratmaqdır. Bu da bizim tərəfədən çox ciddi təhlil olunur və məlumdur ki, Azərbaycan bütün bunlara hazırdır”, - o deyib.

Arzu Nağlyev vurğulayıb ki, Qurulevin təhdidlərinin bir hissəsi də hərbi istiqamətlə bağlıdır:

“Onlar bizə ancaq Ermənistan sərhədindəki bazalarının gücləndirilməsi ilə təzyiq edə bilərlər. Orada 102 saylı hərbi bazalarını gücləndirə, sərhəddə Avropa İttifaqının kəşfiyyatçıları ilə bərabər öz qoşunlarını gətirə bilərlər. Azərbyacan ərazisi yaxınlığında hərbi əməliyyatlar keçirə bilərlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) platformasından istifadə edə bilərlər. Bu gün Rusiya ilə Ukrayna arasındakı müharibənin Cənubi Qafqazda təkrarlanması qeyri-mümkündür. Çünki bu, Cənubi Qafqazın tamamilə itirilməsinə gətirib çıxara bilər. Düşünürəm ki, Rusiya hərbi qarşıdurmaya gedə bilməz. Qrulyov kimi ömrü boyu "biz qalibik", "bunları biz edə bilərik" prinsipindən çıxış edən generallar, deputatlar məlumdur ki, Azərbaycan ordusunu SSRİ və digər vaxtlardakı kimi təsəvvür edir. Ancaq Azərbaycanın bu gün hibrid müharibə aparmaq qabiliyyyəti, eyni zamanda koordinasiyalı şəkildə məlumatlar əldə edərək təhlillər aparan dövlət qurumları, xüsusi xidmət orqanları, rəşadətli Azərbaycan Ordusu var. 44 günlük müharibədə bir daha biz müharibə sisteminin dünyanın bir sıra ölkələrinin hərbi məktəblərində öyrəniləcək sistem olduğunu sübut etdik. Bunların fikirləri elə sözdə qalacaq. 3-4 ay ərzində bu proseslər davam edəcək. İndi bir məsələ də var. Avqust ayının 15-də Trampla Putin arasında görüş olacaq. Görək, görüşdən sonra bunların ritorikası hansı formada olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil xarici və daxili siyasəti Rusiya və bəzi ölkələr tərəfindən qəbul edilmir və qəbul edilə də bilməz. Çünki diqtəsiz, vasitəçi olmadan müstəqil siaysət aparıb, suverenliyi qorumaq və hər bir vətəndaşın rifahnı təmin etmək onun əsas prioritetidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri