Icma.az
close
up
RU
Dəniz şahmat taxtasına çevrildi Qəribə dalğalar görənləri heyrətləndirdi

Dəniz şahmat taxtasına çevrildi Qəribə dalğalar görənləri heyrətləndirdi

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Dənizin səthində şahmat taxtasını xatırladan görüntülər yaranıb. İlk baxışda göz oxşayan bu qeyri-adi təbiət hadisəsi əslində həm gəmilər, həm də insanlar üçün təhlükə yaradır.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin Miçiqan gölündə qeydə alınan qeyri-adi dalğalar təbiətin maraqlı mənzərələrindən birini ortaya çıxarıb. Suyun səthində demək olar ki, qüsursuz kvadratlar əmələ gətirən dalğalar şahmat taxtasını xatırladıb.

“The Daily Galaxy” nəşrinin məlumatına görə, İndiana ştatının sahilləri yaxınlığında çəkilən görüntülərdə müxtəlif istiqamətlərdə hərəkət edən dalğaların bir-birini kəsərək həndəsi naxış yaratdığı görünür. Belə dalğalar yalnız Avropanın müəyyən sahillərində yaranmır. Ötən il Türkiyənin Egey dənizi sahillərində də bu qeyri-adi təbiət hadisəsi müşahidə olunub. Sezar pizza

Elmi ədəbiyyatda “cross sea” adlandırılan bu hadisə müxtəlif istiqamətlərdən gələn iki dalğa sisteminin kəsişməsi nəticəsində yaranır. Ayrı-ayrı küləklərin və hava sistemlərinin yaratdığı dalğalar dənizin və ya gölün səthində bir-birinin üzərinə düşür. Dalğalar öz istiqamətində hərəkət etməyə davam etdikdə suyun səthində çarpaz xətlər və kvadratlara bənzər naxışlar əmələ gəlir. Xüsusilə yuxarıdan baxdıqda daha aydın görünən bu mənzərə suyun şahmat taxtasına bənzəməsinə səbəb olur. Kvadrat dalğalar yalnız okeanlarda yaranmır. Kifayət qədər geniş su hövzələrində uyğun külək və dalğa şəraiti olduqda göllərdə də belə görüntülər meydana çıxa bilər.

Kvadrat dalğalar sakit və nizamlı mənzərə yaratsa da, müxtəlif istiqamətlərdən gələn dalğaların kəsişməsi suyun hərəkətini mürəkkəbləşdirir. Belə şəraitdə qayıqlar və gəmilər eyni vaxtda müxtəlif istiqamətlərdən gələn dalğaların təsirinə məruz qalır. Bu isə onların idarə olunmasını çətinləşdirərək təhlükəsiz hərəkətinə mane olur. Üzən insanlar da suyun dəyişkən hərəkəti və güclü axınlar səbəbindən çətin vəziyyətə düşə bilərlər.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Oktyabr 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri