Azərbaycan sahibkarları 2 ci Məkkə Halal Forumuna dəvət olunur
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 30 yanvar, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, fevralın 25-27-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2-ci Məkkə Halal Forumu keçiriləcək.
Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında keçiriləcək və dünyanın müxtəlif ölkələrindən iştirakçıların bir araya gələcəyi tədbir qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi daşıyır.
“Halal dayanıqlı inkişaf” mövzusuna həsr olunacaq forum halal qida, dərmanlar, moda, kosmetika və turizm sahələrində qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunacağı platformadır. İlk dəfə 2024-cü ildə keçirilən və 120 ölkədən 6000 iştirakçının qatıldığı forumda Azərbaycan fəal iştirak edib.
Məkkə Halal Forumunun imkanları: Halal bazarına maraq göstərən liderlərin bir araya gəlməsi, “B2B” görüşlər ilə biznes əlaqələri qurmaq, halal məhsul və xidmətləri nümayiş etdirmək .
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə forumun sərgi hissəsində Azərbaycan pavilyonu qurulacaq. Bu pavilyon ölkəmizin halal məhsul və xidmətlərini dünya bazarına tanıtmaq üçün geniş imkanlar yaradacaqdır. Azərbaycan sahibkarları forumda iştiraka və sərgidə məhsullarını təqdim etməyə dəvət olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 30 Yanvar 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















