Azərbaycan şahmatçıları 8 ci beynəlxalq “Sharjah Masters” Turnirində iştirak edəcəklər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qahirə, 14 may, AZƏRTAC
Mayın 16-da Birləşmiş Ərəb Əmirliyində 8-ci beynəlxalq “Sharjah Masters” Turniri start götürəcək. Builki tədbirdə altmış ölkədən 350 kişi və qadın şahmatçı qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, turnirin reytinq cədvəlinə 2021-ci ilin sürətli şahmat (rapid növü) üzrə dünya çempionu, Özbəkistan yığmasının üzvü və 5-ci beynəlxalq “Sharjah Masters” Turnirinin qalibi qrossmeyster Nodirbek Abdusattorov başçılıq edir. Onun beynəlxalq reytinqi 2771-dir.
Turnirdə iştirak etmək üçün Azərbaycanın şahmat ustaları, qrossmeysterləri də qeydiyyatdan keçiblər. “Chess-results” saytının təqdim etdiyi siyahıya görə, turnirdə Azərbaycandan qrossmeysterlər Məhəmməd Muradlı (2603 A), Əhməd Əhmədzadə (2564 A), Gövhər Beydullayeva (2394 B), beynəlxalq usta Riyad Səmədov, ustalığa namizəd Tunar Davudov, şahmatçılar Elcan Əbdülkərimli, Kamal İsfəndiyarlı, Məmməd Məmmədzadə, Rza Quliyev və Sadəgül Əfəndi yarışacaqlar.
Əsas turnirdə reytinqi 2500-dən yuxarı olan şahmatçılar iştirak edir. Bu kateqoriyada 156 beynəlxalq titul sahibi yarışır: 69 qrossmeyster və 16 beynəlxalq usta. İkinci turnirdə isə – reytinqi 2500-dən aşağı olan şahmatçılar üçün nəzərdə tutulmuş yarışda – 8 qrossmeyster, 35 beynəlxalq usta və 28 FİDE ustası mübarizə aparacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 14 May 2025 04:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















