Azərbaycanlı şahmatçının “Sharjah Masters”də ardıcıl üçüncü qələbəsi
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
BƏƏ-də şahmat üzrə “Sharjah Masters” beynəlxalq turniri davam edir.
İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Məhəmməd Muradlı qələbə seriyasını davam etdirir.
O, yeddinci turda Eddi Vudvortu (ABŞ) məğlub edərək ardıcıl üçüncü oyunda qalib gəlib.
Bu nəticə Muradlının 4,5 xalla 20-ci pilləyə yüksəlməsinə imkan verib. Üstəlik, şahmatçımız ikinci yerdə olan Nodirbek Abdusattorovdan (Özbəkistan) cəmi yarım xal geri qalır.
Turnirin lideri 5,5 xal toplayan Aniş Giridir (Niderland).
İdman.biz

Azərbaycan şahmatçıları “Sharjah Masters”də
14 May 2025 16:58
Şahmatçılarımız “Sharjah Masters” turnirinə qatılacaq
14 May 2025 18:38
Azərbaycanlı şahmatçının beşinci qələbəsi
01 Fevral 2025 09:45
Azərbaycanlı şahmatçının Dohada ikinci qələbəsi
10 Dekabr 2024 13:03
Azərbaycan şahmatçıları 8 ci beynəlxalq “Sharjah Masters” Turnirində iştirak edəcəklər
14 May 2025 04:30

