Azərbaycan şahmatçılarının Dünya Kubokunda ilk rəqibləri bəlli olub
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Oktyabrın 30-dan noyabrın 27-dək Hindistanın Qoa şəhərində keçiriləcək Dünya Kubokunda Azərbaycan şahmatçılarının ilk rəqibləri müəyyənləşib.
İdman.Biz-in məlumatına görə, turnir 1/64 final mərhələsindən başlayacaq.
Bu mərhələdə Aydın Süleymanlı tailandlı Prin Laohavirapap, Əhməd Əhmədzadə hindistanlı qrossmeyster Surya Şexar Qanquli, Nicat Abasov özbəkistanlı Məhəmmədzohid Suyarov, Read Səmədov isə italiyalı Lorenlə üz-üzə gələcək.
Şəhriyar Məmmədyarov və Rauf Məmmədov 1/8 finalda mübarizəyə başlayacaqlar. Məmmədyarovun rəqibi Şon Rodrige-Lemye (Kanada) - Gergeli Kantor (Macarıstan), Məmmədovun isə Rasmus Svane (Almaniya) – Fakundo Vaskes (Uruqvay) duelinin qalibi olacaq.

Azərbaycan şahmatçılarının Dünya kubokundakı rəqibləri müəyyənləşib
24 İyun 2025 12:12
Azərbaycan şahmatçılarının Dünya kubokunda iştirakı gözlənilir İdman və Biz
07 Yanvar 2025 12:03
Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub
07 Oktyabr 2025 02:31
Şahmatçılarımızın Dünya Kubokunda rəqibləri müəyyənləşib
07 Oktyabr 2025 10:24
Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
18 Fevral 2025 18:22

