Azərbaycan şahmatçılarının Dünya kubokunda iştirakı gözlənilir İdman və Biz
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
FIDE yeniyetmələr arasında sayca ikinci Dünya kubokunun keçiriləcəyini açıqlayıb.
İdman.biz xəbər verir ki, yarış iyunun 22-dən iyulun 3-dək Batumidə (Gürcüstan) olacaq və üç yaş qrupu üzrə - 8, 10 və 12 yaşadək yeniyetmə şahmatçılar arasında keçiriləcək. Oğlanlar və qızlar arasında hər yaş qrupunda 48 iştirakçı mübarizə aparacaq.
Yarış iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə şahmatçılar İsveçrə sistemi üzrə çıxış edib, daha sonra mübarizəni pley-off mərhələsində davam etdirəcəklər.
Milli federasiyalar fevralın 1-dək Dünya kubokunda iştiraklarını təsdiqləməlidirlər, şahmatçıların qeydiyyatı isə aprelin 22-dək olacaq.
Dünya kubokunda Azərbaycan şahmatçılarının da çıxış edəcəyi gözlənilir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 07 Yanvar 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















