Icma.az
close
up
RU
Azərbaycan səfiri BBCnin efirində COP29dan danışıb

Azərbaycan səfiri BBCnin efirində COP29dan danışıb

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov COP29-la bağlı “BBC” kanalına müsahibə verib.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, diplomat müsahibəsində Azərbaycanın iqlim dəyişikliyi, yaşıl enerjiyə keçid və beynəlxalq əməkdaşlıq istiqamətində gördüyü işlərdən, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə alternativ enerji mənbələrinə investisiyalarından bəhs edib: "Azərbaycan regionda yaşıl keçidə liderlik edir. Biz külək, günəş və digər bərpaolunan enerji sahələrinə böyük investisiyalar yatırırıq. COP29-a ev sahibliyi etmək Azərbaycanın qlobal səylərdəki liderliyini nümayiş etdirir və sabah daha yaşıl bir dünya üçün qapıları açır”, - deyə o bildirib.
Müsahibədə səfir Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı inklüziv müzakirələrə üstünlük verdiyini vurğulayıb. O qeyd edib ki, iqlim dəyişikliklərinə səbəb olan resursların nümayəndələri də daxil olmaqla, bütün tərəflərin iştirakı ilə müzakirələr aparılmalıdır: "Dəyişiklik istəyiriksə, hər kəs masa ətrafında olmalıdır. 28 COP keçib, hələ də danışırıq. Bunun əsas səbəblərindən biri, kifayət qədər inklüziv müzakirələrin aparılmamasıdır. Azərbaycan isə bu dəfə fərqli yanaşma tətbiq edir”, - deyə səfir bildirib.
E.Süleymanov müsahibə zamanı Azərbaycana qarşı yönəlmiş bəzi ittihamlara da cavab verib. O, diqqəti iqlim dəyişikliyi məsələlərinə yönəltməyin vacibliyini vurğulayaraq, müzakirələrə aidiyyəti olmayan məsələlərin COP konfranslarında diqqəti yayındırdığını qeyd edib.
Səfir bildirib ki, COP29 Azərbaycanın qlobal iqlim dəyişikliklərinə dair səylərini təqdim etmək üçün vacib platformadır. Azərbaycanın məqsədi yalnız müzakirələr aparmaq deyil, həm də konkret həll yollarına nail olmaqdır: "Bizim məqsədimiz qlobal ölçülərə uyğun, davamlı razılaşma əldə etməkdir. Azərbaycan bu sahədə öz öhdəliyini nümayiş etdirir. Razılıq əldə edilsə, bu, yalnız Azərbaycanın deyil, bütün dünyanın uğuru olacaq. Əks təqdirdə bu, kollektiv uğursuzluq olacaq. Bəzi Qərb dövlətlərinin liderləri iqlim böhranı ilə mübarizəyə həqiqətən də əhəmiyyət versəydilər, onlar da Britaniyanın Baş naziri Kir Starmer kimi şəxsən COP29-da iştirak edərdilər”, - deyə səfir qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Noyabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri