Icma.az
close
up
RU
BMT Baş katibi G20də COP29dan danışıb

BMT Baş katibi G20də COP29dan danışıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

BMT-nin Baş katibi Antonio Quterreş G20 liderlərinin Rio-de-Janeyroda keçirilən sammitində çıxışı zamanı COP29-un uğurla keçirilməsinin vacibliyini vurğulayıb.

Baş katib çıxışında COP29-un müvəffəqiyyət qazanmasının qlobal iqlim tədbirlərində həlledici rol oynayacağını bildirib: “Biz Bakıda uğur qazanmalı, inam yaratmalı və gələn il yüksək ambisiyalı milli iqlim planlarının hazırlanmasını təşviq etməliyik. Uğursuzluq seçim deyil. Əks halda, yeni milli iqlim fəaliyyət planlarının hazırlanmasında ambisiyalar azalar və geri dönüşü olmayan iqlim dəyişikliklərinə daha da yaxınlaşarıq”. 

A.Quterreş qeyd edib ki, COP29-un nəticələri COP30-un Braziliyada uğurla keçirilməsi üçün möhkəm zəmin yaratmalıdır. O, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamaq üçün güzəştli ictimai maliyyə vəsaitlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Baş katib qlobal iqlim böhranının kritik həddə çatdığını deyib: “Əgər qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmasaq, fəlakətli nəticələrlə üzləşəcəyik”. 

O, bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizədə daha ciddi tədbirlər görməyə çağıraraq, G20 ölkələrinin qlobal emissiyaların 80 faizinə cavabdeh olduğunu xatırladıb: “Yeni milli iqlim planları konkret emissiya azaldılması hədəflərini ehtiva etməli, bütün sektorları və istixana qazlarını əhatə etməlidir”. 

Bundan əlavə, Baş katib iqlim dezinformasiyası ilə mübarizə məqsədilə BMT, Braziliya və UNESCO-nun “İqlim dəyişikliyi üzrə məlumatın dəqiqliyi ilə bağlı qlobal təşəbbüs” adlı yeni layihəyə start verəcəyini elan edib.

Sonda A.Quterreş bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin, iqtisadiyyatların şaxələndirilməsinin və ədalətli keçidin təmin olunmasının vacibliyini vurğulayıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri