Azərbaycan səfiri Əlcəzair XİN in dövlət katibi ilə beynəlxalq məsələləri müzakirə edib
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibi Səlma Baxta Mənsuri ilə Afrika və beynəlxalq məsələləri müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün (yanvarın 30-da – red.) nazirliyin mənzil–qərargahında Mənsuri Sloveniyanın, Cənubi Koreyanın, Azərbaycanın Əlcəzairdə akkreditə olunmuş səfirləri xanım Urşka Mendak, cənab Yu Kiyun, cənab Tural Rzayevi nəzakət ziyarəti çərçivəsində qəbul edib”.
Qeyd olunub ki, görüşlərdə Afrika və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb, habelə əməkdaşlığın inkişafı yolları müzakirə edilib. Vurğulanıb ki, bu görüşlər “həmçinin ümumi prioritet sahələrində əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirmək imkanı yaradıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 31 Yanvar 2025 02:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















