Icma.az
close
up
RU
Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gündür, Bakı metrosunda müəyyən problemlər yaşanır. Belə ki, qatarların tuneldə qalması, uzunmüddətli gecikmələr, ardınca  texniki problemlər səbəbindən QR ödənişlərin bir neçə saat ərzində işləməməsi narazılıqlara səbəb olub. Bildirilir ki, gediş haqqı artsa da, keyfiyyət hələ də dəyişməyib.

Vəziyyət nə zaman düzələcək? Keyfiyyət əsas gətirilərək yenidən gediş haqqında dəyişikliklər ola bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, istər nəqliyyat, istərsə də digər sahələrdə qiymət artımı baş verməmişdən öncə ictimaiyyətə ətraflı məlumat təqdim olunmalıdır.

Onun sözlərinə görə, əksər hallarda qərarlar bir gecədə verilir və sabahısı gün qiymətlər artırılır:

“Əslində rəqəmlər, detallı açıqlamalarla, hətta canlı efirdə ictimaiyyətə məlumat verilməlidir. Bildirilməlidir ki, bu qədər kəsirimiz var və ya filan statistik hesabat əsasında qiymət artımına ehtiyac yaranıb. Bununla yanaşı, xidmətin keyfiyyətinin necə yaxşılaşdırılacağı da izah edilməlidir. Dövlət büdcəsindən sektorlara milyonlarla vəsait ayrılır, amma bununla bağlı vətəndaşlara açıq izahat verilmir. Halbuki bu vəsait əhalinin sosial rifahının artırılması üçündür”.

Günay Hüseynova

İqtisadçı bildirib ki, qiymət artımından metro ilə bağlı nasazlıqların yaşanması artıq istisna hal deyil:

“Amma proseslər elə təşkil olunmalıdır ki, nəticədə iqtisadi səmərə əldə olunsun. Belə ki, həmin qurumların saytlarında media və ictimaiyyət üçün açıq hesabatlar yerləşdirilə bilər. Məlumat verilməlidir ki, məsələn, dövlət büdcəsindən nə qədər vəsait ayrılıb, bu, hansı istiqamətə yönəldilib, yeni avtobuslar alınıbmı, texniki ehtiyat hissələri yenilənibmi və sair. Əgər əsas arqument keyfiyyətdirsə, bu zaman şəffaflıq da təmin olunmalıdır”.

Ekspert əlavə edib ki, nəqliyyatda gediş haqqı illər əvvəl 20 qəpik idisə, bu gün artıq 60 qəpikdir:

“Lakin bu müddət ərzində xidmətin keyfiyyətində nəzərəçarpacaq dəyişiklik müşahidə olunmayıb. İllərdir Bakının tıxaclardan azad olunması, sənaye, kənd təsərrüfatı və heyvandarlıq sahələrinin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilir. Məlumdur ki, Sumqayıtdan Bakıya güclü urbanizasiya var və bu, tıxac problemini daha da artırır. Belə şəraitdə ikimərtəbəli avtobuslara keçid məqsədəuyğundur. Lakin bu kimi konkret addımlar atılmadan qiymət artımı sadəcə əlavə yük yaradır. Saymaqla bitməyən problemlərlə paralel, gediş haqqının artması dəyişməyən gəlirlər fonunda xərclərin çoxalmasına səbəb olur. Bu isə iqtisadi baxımdan paradoksal bir vəziyyətdir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri