Azərbaycan səfiri Konqo Prezidentinin andiçmə mərasimində iştirak edib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Konqo Respublikasının yenidən seçilən Prezidenti Deni Sassu-Nqessonun andiçmə mərasimi keçirilib.
Bu barədə APA-ya Azərbaycanın Konqodakı səfirliyindən məlumat verilib.
Prezident Deni Sassu-Nqessonun andiçmə mərasimində Azərbaycanın Keniya Respublikasındakı, eyni zamanda, iqamətgahı Nayrobi şəhərində olmaqla Konqo Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev iştirak edib.
10-dan çox Afrika dövlət və hökumət başçılarının, eləcə də bir çox dünya liderinin nümayəndələrinin iştirak etdiyi andiçmə mərasimi çərçivəsində səfir Sultan Hacıyev Prezident cənab Deni Sassu-Nqessoya Azərbaycanın Prezidenti İlham Əliyevin təbrikini və səmimi salamlarını çatdırıb. Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin daha da inkişafına inamını ifadə edib.
Konqo Respublikası Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycan hökumətinin bu mərasimdə təmsil olunmasına görə səfirə təşəkkür edib, həmçinin ölkəsi ilə Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 17 Aprel 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















