Icma.az
close
up
RU
Səfirimiz Konqo Prezidentinin andiçmə mərasimində Fotolar

Səfirimiz Konqo Prezidentinin andiçmə mərasimində Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Aprelin 16-da paytaxt Brazzavil şəhərində Konqo Respublikasının yenidən seçilən Prezidenti Deni Sassu-Nqessonun andiçmə mərasimi keçirilib.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, Azərbaycanın Keniyadakı Səfirliyinin məlumatına görə, Prezident Deni Sassu-Nqessonun andiçmə mərasimində Azərbaycanın Keniya Respublikasındakı, eyni zamanda, iqamətgahı Nayrobi şəhərində olmaqla Konqo Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev iştirak edib.

10-dan çox Afrika dövlət və hökumət başçılarının, eləcə də bir çox dünya liderinin nümayəndələrinin iştirak etdiyi andiçmə mərasimi çərçivəsində səfir Sultan Hacıyev Prezident cənab Deni Sassu-Nqessoya Azərbaycanın Prezidenti cənab İlham Əliyevin təbrikini və səmimi salamlarını çatdırıb. Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin daha da inkişafına inamını ifadə edib.

Konqo Respublikası Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycan hökumətinin bu mərasimdə təmsil olunmasına görə səfirə təşəkkür edib, həmçinin ölkəsi ilə Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Səfər çərçivəsində səfir Sultan Hacıyev Konqo Respublikasının xarici işlər, frankofoniya və xaricdə yaşayan konqolularla iş üzrə naziri Jan Klod Qakosso, nazir müavini Güi Nestor İtua ilə keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstək imkanları ilə bağlı müzakirə aparılıb. Səfir həmsöhbətlərinə WUF13-ə hazırlıq işləri barədə qısa məlumat verib və forum tarixində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçiriləcək Zirvə Toplantısında Afrika ölkələrinin dövlət və hökumət başçılarının iştirakının qitə üçün əhəmiyyətli olacağını vurğulayıb.

Qeyd edək ki, Prezident Deni Sassu-Nqessonun andiçmə zamanı ölkənin yeni inkişaf planı ilə bağlı səsləndirdiyi proqramda ölkənin əsas dəniz limanı və sənaye mərkəzi Port-Nuar şəhərinin urban və infrastruktur inkişafının əsas prioritetlərdən biri olduğunu vurğulayıb.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Aprel 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri