Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda əvvəlcə Assosiasiyanın İdarə Heyətinin 15 üzvü seçilib. Daha sonra İdarə Heyətinin üzvləri arasından Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Şəhər bələdiyyələrinin sədrlərinin iştirakı ilə keçirilən səsvermədə Təmraz Tağıyev yenidən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.
Sonra seçilmiş sədrin təklifi əsasında Assosiasiyanın 3 müavini müəyyən olunub. Həmçinin 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyasının üzvləri də səsverməyə çıxarılaraq seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 14 Noyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















