Icma.az
close
up
RU
Azərbaycan şəhərlərinin raketlə vurulmasına Paşinyan razılıq verib

Azərbaycan şəhərlərinin raketlə vurulmasına Paşinyan razılıq verib

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davam etdirilib.

"Unikal" xəbər verir ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyan Gəncə, Bərdə və digər ərazilərdə dinc əhalinin raket atəşinə tutulması barədə əmrin kim tərəfindən verilməsi barədə də prokurorların suallarını cavablandırıb və deyib ki, bu cür atəşlərin açılması üçün əmri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi verə bilərdi. “Baş qərargah rəisi əgər əmr verə bilirsə, əmri verməzdən əvvəl ölkə rəhbərliyində kiminlə razılaşdırmalı idi?” sualına isə L.Mnatsakanyan “Müharibə zamanı baş qərargah rəisi bir nəfərə tabe olur, ölkənin rəhbərinə”.

“Ölkənin rəhbəri deyəndə Ermənistanda kim nəzərdə tutulur?” sualına isə təqsirləndirilən şəxs “Ermənistanda Baş nazirdir. Həmin vaxt baş qərargah rəisi Onik Qadparyan, baş nazir isə Nikol Paşinyan idi” cavabını verib.

O, həmin raketlərin hədəfdən yayınma ehtimalının təxminən 5-10 metr olduğunu deyib. Prokurorun “Sizcə, 44 günlük müharibə zamanı Gəncə, Bərdə və digər ərazilərdə mülki insanların öldürülməsi raketlərin hədəfdən yayınması nəticəsində olub, yoxsa hədəflər qəsdən seçilib?” sualına isə belə cavab verib: “Bir neçə dəfə olubsa, aydın məsələdir ki, nədir. Bir dəfədirsə, təsadüfdür, bir neçə dəfədirsə, təsadüf deyil... Bilmirəm”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Mart 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri