Icma.az
close
up
RU
Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...

Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Ötən il səhiyyəyə ayrılan büdcə vəsaitinin böyük hissəsi xərclənməyib. Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 993,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılsa da, proqnozla müqayisədə 718.3 milyon manat az icra olunub.

Səhiyyə sahəsində ölkədə bəzi regionlarda kadr, dərman və avadanlıq çatışmazlıqları mövcuddur. Bu sektorda real ehtiyaclar olduğu halda proqnozlaşdırılan vəsait niyə xərclənməyib?

"Xərclərin və gəlirlərin optimallaşdırılması nəzərdə tutulur”

Millət vəkili Vüqar Bayramov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, yalnız səhiyyə deyil, digər sektorlarda da qənaət edilməsini müşahidə edirik: "Bunun müxtəlif səbəbləri var. Birincisi, artıq bir sıra sektorlarda, o cümlədən səhiyyə sektorunda maliyyələşmə təkcə dövlət büdcəsi hesabına deyil, həm də büdcədənkənar daxilolmalar vasitəsilə həyata keçirilir. Publik hüquqi şəxslərin sayında artım müşahidə olunur ki, bu da daxilolma mənbələrinin şaxələnməsinə gətirib çıxarıb. Digər tərəfdən, vəsaitlərin xərclənməsi müəyyən vaxt tələb edir. "Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq tenderlərin keçirilməsi və satınalmaların reallaşdırılması zəruridir. Bir sıra hallarda dövlət müəssisələri qanunla müəyyən edilmiş müddətlərdə bu prosesləri həyata keçirə bilmirlər. Nəticədə, vəsaitlərin xərclənməsində çətinliklər yaranır, ayrılan vəsaitlərin bir hissəsi istifadə olunmur və növbəti ilə keçirilir. Amma nəzərə alsaq ki, tətbiq olunan büdcə yanaşması sıfır əsaslı büdcə (zero-based budgeting) prinsipinə əsaslanır, bu o deməkdir ki, hər il vəsaitlər əvvəlki illərin göstəricilərinə deyil, cari ilin real ehtiyaclarına uyğun şəkildə planlaşdırılır. 2026-cı ilin büdcəsi də göstərir ki, bu istiqamətdə xərclərin və gəlirlərin optimallaşdırılması nəzərdə tutulur. Yəni xərclər prioritetlərə uyğun müəyyənləşdiriləcək və sektorlara vəsait ayrılması onların real ehtiyacları əsasında həyata keçiriləcək”.

Səmərəli, çevik, şəffaf xərclənmə...

Millət vəkili vurğulayır ki, Prezidentin tapşırığı ilə Azərbaycanda rəqəmsal dövlət maliyyəsi informasiya sistemi formalaşdırılır: "Artıq 29 yanvar 2026-cı il tarixində həmin informasiya sisteminin əsasnaməsi təsdiq edilib. Bu isə onu göstərir ki, xüsusilə dövlət satınalmaları ilə bağlı prosedurlar informasiya sistemi üzərindən həyata keçiriləcək. Bu da dövlət satınalmalarında vaxta qənaət edilməsinə, vəsaitlərin daha səmərəli, çevik və şəffaf xərclənməsinə imkan verəcək. Bu baxımdan, 2025-ci ilin yekunları və 2026-cı il üçün nəzərdə tutulan yanaşma səhiyyə sektoru da daxil olmaqla, bir sıra sahələrdə gəlirlərin optimallaşdırılmasına, ehtiyaclara və xərclərə uyğun vəsaitlərin ayrılmasına şərait yaradacaq”.

"Ayrılan vəsait müalicə xərclərini qarşılamır”

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, səhiyyəyə ayrılan vəsait beynəlxalq standartlar çərçivəsində müalicə xərclərini tam şəkildə qarşılamaq üçün yetərli deyil. Sadəcə, hazırda ölkə iqtisadiyyatının imkanları bu səviyyədədir və biz də mövcud reallıqdan çıxış etməliyik: "Bu gün Azərbaycan səhiyyəsində həllini gözləyən kifayət qədər məsələ var. Bunlardan biri sistemin daha səmərəli şəkildə təşkil olunmasıdır. Digər vacib istiqamət kadr potensialının düzgün və balanslı paylanmasıdır. Eyni zamanda, dərman və tibbi avadanlıqların optimal bölgüsü təmin edilməlidir ki, regionlarda yaşayan əhali də bu imkanlardan lazımi səviyyədə faydalana bilsin. Problemlər icbari tibbi sığortanın tətbiqi ilə də bağlıdır. İcbari tibbi sığorta çərçivəsində ürək-damar xəstəlikləri üzrə əməliyyatlar və digər xidmətlərdən xeyli insan faydalanıb. Lakin sistemin təşkilində müəyyən çatışmazlıqlar mövcuddur. Randevu sistemi vaxtında və effektiv şəkildə qurulmayıb, sabit (fiks olunmuş) maaş mexanizmi tam formalaşdırılmayıb. Xəstəxanalarda sıxlıq, həkimlərin həddindən artıq çox sayda xəstəyə xidmət göstərmək məcburiyyətində qalması da əhalinin haqlı narazılığına gətirib çıxarır”.

"Bəzi sahələrin pulsuz təmin edilməsi bu gün real deyil”

A.Qeybulla vurğulayır ki, icbari tibbi sığortanı tədricən inkişaf etdirmək lazımdır. Bu, elə şəkildə edilməlidir ki, insanlar ondan həqiqətən real fayda görsünlər: "Birinci növbədə doğuş, təxirəsalınmaz yardım və digər vacib sahələr icbari tibbi sığortanın himayəsi altında olmalıdır, çünki bu, sosial müdafiədir. Qalan xidmətlər vəsaitdən asılı olaraq dövlət və vətəndaş arasında bölünə bilər. İcbari tibbi sığortanın onkoloji xəstələri tam təmin etməsi mümkün deyil, çünki onkoloji xəstəliklər çox böyük maliyyə resursu tələb edir. Bahalı preparatlar və xəstələrin sayını nəzərə alaraq, bu sahəyə ciddi büdcə vəsaiti ayrılmalıdır. O baxımdan, bəzi sahələrin hələlik tam pulsuz və icbari tibbi sığorta çərçivəsində təmin edilməsi bu gün real deyil”.

"Rayonlarda ciddi həkim çatışmazlığı var”

Sosial ekspert İlqar Hüseynov isə bu vəsaitin xərclənməməsini fərqli faktorlarla əlaqələndirir. O bildirir ki, ən ciddi məqam bu gün səhiyyə xidmətini göstərə biləcək kadrların azlığıdır: "Məsələn, dövlət 1 milyard 275 milyon vəsait ayırır, lakin bu vəsaiti ayırmazdan əvvəl konkret proqnoz yoxdur ki, ayrılan vəsait çərçivəsində xidmətləri göstərmək üçün kifayət qədər tibb personalı varmı? Statistikaya baxdıqda, demək olar ki, Azərbaycanın rayonlarında 50-dən çox həkim ixtisas qrupu üzrə ciddi çatışmazlıq var”.

"Bu avadanlıqlar üçün böyük vəsaitlər xərclənir”

Ekspert vurğulayır ki, müəyyən avadanlıqların alınması üzrə proqnozlar olsa da, bəzi regionlarda, xüsusən kənd yerlərində həkim çatışmazlığı olduğu halda, həmin avadanlıqların alınması məqsədəuyğun hesab edilmir: "Məsələn, Göyçay və İmişli rayonları üçün radioloji müayinələr aparmaq məqsədilə MRT aparatının alınması planlaşdırıla bilər. Lakin həmin xidməti yerinə yetirəcək radioloq mövcud deyilsə, bu aparatın alınmasına ehtiyac yaranmır. Eyni yanaşma digər tibbi avadanlıqlar üçün də keçərlidir”.

Kadr və avadanlıq çatışmazlığı, dərman təminatı

Mütəxəssisin sözlərinə görə, üçüncü səbəb dərman preparatları ilə bağlı ola bilər: "İcbari tibbi sığorta çərçivəsində dərman preparatlarının dövlət tərəfindən təchizatı nəzərdə tutulub. Lakin ola bilər ki, dərmanların alınmasına kifayət qədər vəsait xərclənməyib, çünki icbari tibbi sığorta onları tam əhatə etmir. Bundan əlavə, icbari tibbi sığorta çərçivəsində bəzi dərman preparatlarının çatışmazlığı da yarana bilər. Bəzi dərman qrupları həm özəl sektor, həm də dövlət tərəfindən təmin edilmir və ya zavodlarda istehsal problemləri mövcuddur. Nəticədə, bu vəsaitlərin xərclənməsi mümkün olmur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri